İlham Əliyevin müdrik siyasət ermənilərin bütün planlarının üstündən xətt çəkdi -MÜNASİBƏT BİLDİRİLDİ
"Təbii ki, bu.,Azərbaycan tarixində çox əlamətdar bir hadisədir. Ən yadda qalan günlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Onun sözlərinə görə, çünki bu gün biz 200 il ərzində itirilən torpaqların bir hissəsini 44 günə qaytarmaqla ermənilərə və onların havadarlarına sübut etdik ki, müstəqil Azərbaycan Respublikası bir qarış torpağını belə heç kimə güzəşt getmir: "44 günlük vətən müharibəsi dövründə Azərbaycan Respublikaçılar partiyası olaraq dövlətin hər zaman yanında olmuşuq. İctimai-siyasi sabitliyin qorunub saxlanması üçün bəyanatlar vermiş, milli həmrəyliyin bərqarar olunması və dialoqun formalaşması üçün siyasi iradəmizi ortaya qoyaraq dəmir yumruğumuzun vahid nöqtəyə vurulması üçün hər zaman olduğu kimi ümumilli məsələlərdə Prezidentin və dövlətin yanında olmağa çalışmışıq. Bu gün əminliklə demək olar ki, cənab İlham Əliyevin müdrik siyasət ermənilərin bütün planlarının üstündən xətt çəkdi. Həmçinin müzəffər ordumuzun böyük şücaət göstərdiyinin, qəhrəman əsgər və zabitlərimizin müasir hərbi döyüş texnikalarını necə məharətlə idarəetdiklərinin şahidi olduq. Eyni zamanda 1 il ərzində işğaldan azad olan torpaqlarımızda infrastruktur layihələrinin icrasının yüksək səviyyədə həyata keçirilməsi göz önündədir. Bu isə məcburi köçkünlərimizin öz ata-baba torpaqlarına qayıtması üçün əsas amillərdən biridir. Təbii ki, biz şəhidlərimizi unuda bilmərik. Allah onlara qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Zəfər bayramının əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bütün dünyaya, region ölkələrinə, avropa birliyinə öz torpaqlarını düşmən tapdağı altında qoymayacağını sübut etdi. Bu tarixi əhəmiyyəti heç vaxt xalqımız unutmaycaq və cənab Prezidentin bu yöndə apardığı bütün işlərdə daim dəstək olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB