Gəncə Zəfər Gününə hazırlaşır

Gəncə Zəfər Gününə hazırlaşır

Artıq Zəfər Günümüzün ilk ildönümünə sayılı saatlar qalıb. Bununla əlaqədar olaraq respublikanın hər bölgəsində olduğu kimi, Gəncə şəhərində də xüsusi hazırlıqlar gedir. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhərin “İstiqlal” parkında şəhidlərin xatirəsinə həsr olunmuş “Memorial-Abidə Kompleksi” inşa edilib. 8 Noyabr tarixində kompleksin açılış mərasimi baş tutacaq.

Onu da qeyd edək ki, Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Gəncədə silsilə tədbirlər keçirilir. Silsilə tədbirlərin davamı olaraq noyabrın 8-də ümumşəhər tədbiri gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə