İraqın Baş nazirinə qarşı sui-qəsdə cəhd edilib

İraqın Baş naziri Mustafa Əl-Kaziminin villasına dronla sui-qəsd təşkil olunub. SİA İraq mətbuatına istinadla xəbər verir ki, Baş nazirin Bağdadın “Yaşıl bölgə” adlanan ərazisində yerləşən evinə dronla bomba atılıb.

Baş nazir tviter hesabında hücumu təsdiqləyib və sağ-salamat olduğunu bildirib.

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları xüsusi əməliyyata başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə