VIII Qlobal Bakı Forumu Qırğızıstan portalında

VIII Qlobal Bakı Forumu Qırğızıstan portalında

Qırğızıstanın “goldenbridgenews.com” portalı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu barədə AZƏRTAC-ın materialını rus dilində çap edib.

Portal Prezidenti İlham Əliyevin açılış mərasimdəki çıxışının tam mətnini oxucuların diqqətinə çatdırıb.

Yazıda qeyd olunur ki, VIII Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq Azərbaycan Prezidenti İlham Əliyevi və tədbirdə iştirak edən hazırkı və sabiq prezidentləri salamlayaraq tədbirin məqsəd və vəzifələrindən danışıb.

Sayt, həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviçin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından danışan Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın çıxışlarının, Roma Papası Fransiskin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesuuns, Böyük Britaniyanın Baş nazir Boris Consonun və başqalarının müraciətlərinin mətnlərini də çap edib.

Bütün xəbərlər Facebook səhifəmizdə