Qubada şəhid Səlim Sultanovun məzarı ziyarət olunub

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və partiya fəalları tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçərək, şəhadətə yüksəlmiş Quba rayonunun Zərqava kəndindən olan qəhrəman vətən oğlu Sultanov Səlim Sultan oğlunun ildönümü ilə əlaqədar şəhidin ailəsi və Zərqova kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb. Xatırladaq ki, Şəhidimiz cəbhənin Füzuli, Xocavənd və Xocalının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Noyabr ayının 2-də Xocalı rayonu ətrafında gedən qanlı döyüş zamanı Səlim şəhid olub. Sultanov Səlim Sultan oğlu şəhadətindən sonra Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. Səlim 2020-ci ilin noyabrın 4-də Zərqova kənd qəbiristanlığında dəfn olunub.

YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda canından keçərək, şəhidlik zirvəsinə ucalıblar. Torpağlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından azad olması üçün canından keçən Azərbaycanın mərd oğulları-şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir.

Sonra Y.Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və ailəsinə səbr diləyib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə