Tural Məmmədovun şəhadətə qovuşmasından bir il ötür ANIM

Tural Məmmədovun şəhadətə qovuşmasından bir il ötür ANIM

Vətən müharibəsi şəhidi, Oğuz rayonunun Sincan kənd sakini, gizir Tural Arif oğlu Məmmədovun şəhadətə qovuşmasından bir il ötür. Tural Məmmədovun ildönümü ilə əlaqədar YAP Oğuz rayon təşkilatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini böyük ehtiramla yad edib, ruhuna dualar oxunub.Sonra şəhidin anım günü ilə əlaqədar Oğuz rayon təşkilatının fəalları, kənd ictimaiyyəti və Tural Məmmədovun təhsil aldığı orta məktəbin şagirdləri həmin məktəbdən böyüyüb boya-başa çatdığı evə yürüş ediblər və şəhidimizin ailəsi ziyarət olunub. Onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Tural Məmmədov Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. O, Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, sağlamlığının buna imkan verməməsinə baxmayaraq, təkidlə yenidən döyüşlərə qatılıb və oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Tural Məmmədov Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə