Qobustan rayon təşkilatının fəalları şəhid Elxan Məmmədovun məzarını ziyarət edib ANIM
Qobustan rayon icra hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Qobustan rayonu Cəyirli kəndindən şəhid olan “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Məmmədov Elxan Bədəl oğlunun şəhadətinin ildönümü münasibətilə məzarını ziyarət etmişlər, Şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxunmuşdur. Anım mərasimi ilə əlaqədar keçirilən tədbirdə Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılmışdır.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB