"Bu “Böyük Qayıdış”ın yaxın olduğunun ümidini bəxş edir" - MÜNASİBƏT BİLDİRİLİB
“Cənab Prezidentin işğaldan azad olunana ərazilərə sil-silə səfərləri Qarabağımızın yenidən dirçəlməsi üçün böyük əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, qısa zaman kəsiyində cənab Prezident işğaldan azad olunan torpaqlara düz 8 dəfə səfər edib: “Bu olduqca önəmli addımdır. Bu gün Qarabağda sürətli inkişaf gedir. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Möhtərəm Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmağa müvəffəq olundu. Bütün bunların fonunda diqqət edin və görün ki, cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərinin hər biri olduqca əlamətdar bir hadisələrlə yadda qalır. Digər tərəfdən cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri dünya ictimaiyyətinin diqqətini birmənalı olaraq, ermənilər tərəfindən xarabalığa çevrilən Qarabağa yönəldir. İllərdir səssizlikləri ilə ikili standartlara xidmət edən beynəlxalq təşkilatlar görmək istəməsələr də, erməni barbarlığının törətdiklərini görmək məcburiyyətində qalırlar. Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri bizə “Böyük Qayıdış”ın yaxın olduğunun ümidini bəxş edir. Cənab Prezidentin işğaldan azad olunmuş ərazilərə hər səfəri dünya ictimaiyyətinə veriləcək böyük önəm kəsb edən mesajlarla doludur”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB