“Əli və Cəmil kimilərini düşünəndə yolunu azmış qız yadıma düşür” AÇIQLAMA
“Gənclik vaxtlarımız idi. Evimizə qonaq gələn bir qadın anamla söhbət edirdi. Qulaq oğrusu oldum. Yolunu azıb, yüngül həyat tərzi keçirən bir gənc xanımdan danışırdı qonaq qadın. Bir cümləsini unuda bilmirəm. Dedi ki, həmin qızı şəhərdə görüb, ona ağıl vermək istəyib. Qız da cavab verib ki, mən onsuz da bu yolun yolçusu kimi tanınmışam, bundan belə yoluma necə qayıdım? Bilirəm ki, səhv yoldayam, amma bu da mənim həyatımdı, artıq gecdir, qayıdıb normal həyat qurmağım mümkün deyil”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Əli kimi, Cəmil kimi, onlara bənzəyən, özünü müxalifət adlandıran bəzi siyasilərin indiki fəaliyyəti haqqında düşünəndə həmin yolunu azmış qız yadıma düşür: “Başa düşmək olmur, bunlar kimə, hara, hansı əqidəyə qulluq edirlər. Azərbaycan son 274 illik tarixinin ən möhtəşəm qaliblik dövrünü, bütün sahələrdə fenomenal inkişaf dövrünü yaşayır. Siyasət hoqqabazları nə istəyirlər? Bunun əksini? Belədirsə, deməli, onların damarlarında azərbaycanlı, türk qanı axmır. Hətta düşmən erməninin etiraf etdiyi Azərbaycanın inkişafını, qüdrətini görməyən və ya görmək istəməyən bu adamların bizdən olduğuna şübhə edirəm. Yetər artıq düşmən dəyirmanına su tökdükləri”.
T.Novruzov onu da bildirdi ki, Azərbaycan dünyanın hansı güc mərkəzləri ilə qarşı-qarşıya gəlib, milli və dövlətçilik maraqlarını müdafiə etdiyini bilərək, bu iqtidara qarayaxma kompaniyası aparmaq, hesab edirəm ki, şərəfini, ləyaqətini pula satmaqdır: “Məsləhətdir ki, bu adamlar siyasi fəaliyyətdən əl çəkib, özlərinə başqa çörək yeri tapsınlar. Çünki belə çörək qazanmaqla, yuxarıda haqqında danışdığım yolunu azmış gənc qızın çörək qazanma yolunun fərqi yoxdur. Yox əgər onlar da, adları belə çıxıb deyə bu yoldan qayıtmayacaqlarsa, aqibətləri də həmin qızın və onun kimilərin aqibətindən fərqli olmayacaq. Qazancları da, təbii ki, nifrət, rəzalət, öləndə də rəhmət oxunmamaq olacaq! Çünki xalq hamının, hər bir fəaliyyətin kimə və nəyə xidmət etdiyini müəyyən edən ən ədalətli tərəzidir. Tərəzinin iqtidar tərəfi o qədər ağırdır ki, öz tərəflərini çamırla doldurmaq onların çəkisini artırmaz. Məncə bunlar ordan-burdan borc papaq tapıb, qabaqlarına qoyub fikirləşsələr, görərlər ki, özlərini günbəgün necə rəzil edirlər. O da borc papaq verən tapılsa!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB