YAP Nəsimi rayon təşkilatında yüksək bal toplayan tələbələrlə görüş keçirilib

YAP Nəsimi rayon təşkilatında yüksək bal toplayan tələbələrlə görüş keçirilib

2021-2022-ci tədris ilində Nəsimi rayonu ərazisində yerləşən ali təhsil ocaqlarına yüksək balla daxil olan tələbələrlə görüş keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov builki qəbul imtahanlarında yüksək nəticə göstərərək, tələbə adını qazanan gəncləri təbrik edib, onlara gələcək tələbə həyatında uğurlar arzulayıb.Bildirilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkələrin təhsil səviyyəsi, xüsusən də ali məktəblərinin inkişafı ilə müəyyən edilir. Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunur, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı bildirib ki, hər il olduğu kimi bu il də yüksək bal toplayan gənclərin bir çoxu Nəsimi rayonunda yerləşən ali təhsil ocaqlarını seçib. O, həmçinin bunun heç də təsadüfi olmadığını Nəsimi rayonunun ziyalı rayonu kimi tanınmasının müstəsna rol oynadığını qeyd edib.Tədbirdə daha sonra çıxış edən YAP Gənclər Birliyi İdarə heyətinin üzvü Salman Salmanov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyilə təhsil strategiyasının uğurla həyata keçirilməsindən söz açıb. Yüksək bal toplamış gənclərin təhsilinə xüsusi önəm verildiyini, imtahanlardan yüksək bal toplamış abituriyentlərin ölkənin ən qabaqcıl universitetlərində təhsil alacaqlarına, yüksəkixtisaslı kadr kimi müstəqil Azərbaycanın iqtisadi inkişafına, tərəqqisinə layiqli töhfələr verəcəyinə inandığını qeyd edib.Tədbirin sonunda yüksək bal toplamış tələbələrə hədiyyələr təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə