"İşğaldan azad edilən ərazilərdə sürətli şəkildə quruculuq işləri həyata keçirilir" - POLİTOLOQ AÇIQLADI

"İşğaldan azad olunmuş torpaqlarımızda qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi bu hava limanı regionun sürətli şəkildə yenidən qurulmasına mühüm töhvə verməklə yanaşı həm də çox mühüm bir təhlükəsizlik elementidir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.

Onun sözlərinə görə torpaqlarımızın işğaldan azad olunmasından sonra ərazidə həyata keçirilən bir çox layihələr yalnız sosial infrastruktur mahiyyəti daşımır: "Yalnız keçmiş məcburi köçkünlərimizin geri qayıtmasının təmin edilməsinə istiqamətlənmiş layihələr deyil. Bu layihələrin bir çoxu həm də Qarabağ regionunun təhlükəsizliyinin təmin edilməsi istiqmətində atılmış strateji addımlardır. Füzuli Beynəlxalq Hava Limanı və tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanı, Laçın Beynəlxalq Hava Limanı da həmçinin strateji layihələrdir. Çünki bildiyimiz kimi hava limanı yüklərin sürətli şəkildə çatdırılması funksiyasını həyata keçirməklə regionun yenidən qurulması prosesininə öz töhvəsini verəcəkdir. Amma hər hansı bir təhdid və ya təhlükə olarsa bölgəyə həm də hərbi yüklərin sürətli şəkildə çatdırılmasını təmin edəcək bir vasitədir. Azərbaycan dövlətinin qısa bir müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını əhatə edən ərazilərdə hava limanlarının tikilməsi ilə bağlı qəbul etdiyi qərarlar bölgəmizin gələcək inkişafına istiqamətlənmiş geniş vizionlu baxışını özündə əks etdirir. Bunlar iqtisadi sosial layihələr olmaqla yanaşı həm də regionumuzun təhlükəsizliyini qarantiya altına alacaq mühüm strateji addımlardır. Hesab edirəm ki, Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərdə sürətli şəkildə quruculuq, abadlıq işləri həyata keçirir, işğal dövründə ermənilər tərəfindən yerlə yeksan edilən bütün tarixi-mədəni abidələrimiz, yaşayış məskənlərimiz, təbii sərvətlərimiz bərpa olunacaq. Regionun alternativ enerji mənbəyi kimi qiyətləndirilən sərvərlərindən və dövrümüz üçün çox böyük qlobal problemə çevrilmiş su ehtiyyatlarından səmərəlin şəkildə istifadə etməklə Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadiyatının Azərbaycan iqtisadiyyatına inteqrasiya prosesinin həyata keçirilməsi dövlətimizin iqtisadi inkişafında çox mühüm rol oynayacaq".

Anar Əliyev eyni zamanda qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda bir çox istiqamətlərdə həyata keçirilən layihələr iqisadiyyatın şaxələndirməsinə gətirib çıxaracaq. Tezliklə Qarabağ və Şərqi Zəngəzur rayonu çox sürətli inkişaf edən, bir çox iqtisadi güzəştlərin tətbiq edildiyi bir bölgəyə çeviriləcəkdir. Çindən başlayaraq Avropaya qədər davam edən tarixi İpək Yolunun mühüm bir hissəsinin Şərqi Zəngəzurdan keçməsi, Zəngəzur dəhlizi vasitəsilə bu yüklərin Qarabağdan Naxçıvana, Türkiyəyə və oradan da Avropaya daşınması bölgənin həm də çox mühüm logistik bazaya çevrilməsinə gətirib çıxaracaqdır. Mən hesab edirəm ki, bu baş verən proseslər hamısı bütövlükdə Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin bir başa göstəricisidir. Qısa müddət ərzində həyata keçirilən layihələr xüsusilə də infrastruktur layihələri və "ağıllı kənd", "ağıllı şəhər" layihələrinin həyata keçirilməsi istiqamətində atılan addımlar onu göstərir ki, yaxın zamanlarda uzun illər çox böyük əzablara, iztirablara düçar olmuş insanlarınımız geri qayıdacaq və işlə təmin olunma prosesi hayata keçiriləcək. Qarabağ bölgəsi həm də dünyanın mühüm bir bölgəsinə çeviriləcək. Həyata keçirilən layihələr Qarabağda, Xankəndində yaşayan Azərbaycan vətəndaşlığını qəbul edən erməni əsilli vətəndaşlara da mühüm təsir edəcək. Həmin ərazilərdə yaşayan ermənilər müxtəlif yollarla Azərbaycanın müvafiq dövlət qurumlarına müraciət edərək iş yerləri ilə təmin olunmalarını istəyirlər. Bu məsələlərə Prezidentimiz tərəfindən müsbət reaksiyanın verilməsi bölgəmizdə barışı, sülhü formalaşdırır. Ermənistandakı revanşist qüvvələrinin ideologiyasından kənarda, Qarabağda yaşayan ermənilər atrıq azərbaycanlılarla birgə ləyaqətli həyat şəraitində yaşaya biləcəklər. Regionumuz Azərbaycan dövlətinin siyasi iradəsi nəticəsində və müttəfiqlərimizin dəstəyi nəticəsində sülh, barış bölgəsinə çeviriləçəkdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə