Oğuzda iki şəhidin - Anar Əliyev və Nurlan Əhmədlinin anım mərasimi keçirilib ANIM

44 günlük Vətən müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda şəhadətə yüksələn iki döyüş yoldaşı, Oğuz rayonundan olan şəhidlərimiz Əliyev Anar Talıb oğlunun və Əhmədli Nurlan Rəhim oğlunun ildönümü ilə əlaqədar rayonun Şəhidlər xiyabanında məzarları ziyarət edilib, əziz xatirələri böyük ehtiramla yad olunub və ruhlarına dualar oxunub. Mərasimdə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının, eləcə də rayonun idarə və təşkilatlarının nümayəndələri, məktəblilər iştirak ediblər. Sonra isə şəhidlərin ailələri ziyarət olunub. Şəhid ailələrinin problemləri ilə maraqlanıblar.

Oğuz rayonundan olan şəhidlərimiz Əliyev Anar Talıb oğlu və Əhmədli Nurlan Rəhim oğlu ölümündən sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə