YAP və AKP birgə videokonfrans keçirir - FOTOLAR

"Bu gün Azərbaycan öz tarixində çox əlamətdar dövr yaşayır. 44 günlük Vətən müharibəsi ərəfəsində Azərbaycan uzun illərdən bəri həm tarixi ədaləti, həm öz ərazi bütövlüyünü, həm də milli ləyaqətini bərpa edərək müharibəni Zəfərlə başa vurdu. Təbii ki, istər bu müharibə, istər ondan əvvəlki, istərsə də ondan sonrakı dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti hər zaman Türkiyənin, Türkiyə xalqının, Türkiyə Prezidentinin və qardaş ölkənin bütün rəsmilərinin güclü dəstəyini hiss edib". SİA xəbər verir ki, bu sözləri oktyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) ilə Ədalət və İnkişaf Partiyasının (AKP) Zəfər Gününün birinci ildönümü münasibətilə birgə təşkil edilən “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi” mövzusunda videokonfransın açılışında Yeni Azərbaycan Partiyası Sədrinin müavini-YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.

Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İstanbuldan millət vəkili Numan Kurtulmuş deyib ki, tarixin müəyyən məqamlarında elə vəziyyətlər yaranır ki, birmənalı mövqe nümayiş etdirmək qaçılmaz olur. Türkiyə Respublikası öz siyasi iradəsini bir daha nümayiş etdirdi və biz bundan məmnunluq duyuruq.

Videokonfrans Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənli və Ədalət və İnkişaf Partiyasının Xarici əlaqələr şöbəsi müdirinin müavini Mehmet Ceylanın moderatorluğu ilə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...