YAP Qazax rayon təşkilatının fəalları şəhidlərin məzarlarını ziyarət etmişlər ANIM
26 oktyabr 2021-ci il tarixdə YAP Qazax rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidləri İsmayılov Tahir Niyazi oğlunun, Mustafayev Merik Musa oğlunun, Veyisli Xaliddin Zərgər oğlunun, Kərimov Emil İlqar oğlunun şəhid olmalarının ildönümləri ilə əlaqədar məzarlarını ziyarət etmiş, ailələrinə baş çəkmişdir. Eyni zamanda, YAP Qazax rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidi Qasımov Oruc Afiq oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət etmiş, ailə üzvləri ilə görüşmüşlər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə