Zaqatalada şəhid Rəsul Süleymanlının xatirəsi anılıb ANIM

YAP Zaqatala rayon təşkilatının, Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala şəhər sakini Süleymanlı Rəsul Kamil oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra şəhidin ailəsini ziyarət edib, qayğı və problemləri ilə maraqlanıblar. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandığı vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində bizə böyük Qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşından heç zaman silinməyəcək.

Şəhid Rəsul Süleymanlının ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...