Üçtərəfli işçi qrupunun görüşünda daha hansı məsələlər MÜZAKİRƏ EDİLDİ? - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

"Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun görüşünün detalları tam təfsilatı ilə açıqlanmasa da görüşün davam edəcəyi və ya bundan sonra da təmasların davam edəcəyi barədə səsləndirilən fikirlər proseslərin pozitiv şəkildə inkişafından xəbər verir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, çox güman ki, kommunikasiyaların açılması istiqamətində artıq konkret fəaliyyət planı var. Bu istiqamətdə müvafiq addımların atılması gözlənilir. Təbii ki, hər şey proseslərin bundan sonrakı gedişatından, Ermənistanın sərgiləcəyi davranışlardan, regionda baş verəcək proseslərdən asılıdır.

Elçin Mirzəbəyli bu barədə fikrini belə izah edib: "İndiki şəraitdə Azərbaycanın mövqeyi kifayət qədər açıq və aydındır. Ölkəmiz 10 noyabr prinsiplərinin tamamilə yerinə yetirilməsini, eyni zamanda Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək qonşu dövlətlərin ərazi bütövlüyünü tanımasını, regiondakı mövcud reallıqlarla barışmasını və gələcəyə baxmasını istəyir. Bu istiqamətdə ölkəmizin mövqeləri açıq və aydındır. Eyni zamanda bölgədə bundan sonrakı proseslərə Azərbaycanın təsir etmək imkanı kifayət qədərdir. Bu aspektdən düşünürəm ki, yaxın gələcəkdə növbəti görüşün nəticəsi olaraq kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılacaq addımların şahidi ola bilərik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...