YAP Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası davam edir FOTOLAR

21 oktyabr 2021-ci il tarixdə YAP Şabran rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Babayev Sahil Coşqun oğlunun şəhid olmasının il dönümü günündə ailəsini ziyarət edib,qayğıları ilə maraqlanıblar. Şabran rayon Ceyranlı kəndində şəhidin əziz xatirəsinə həsr olunmuş bulaq abidə kompleksinin açılışında YAP Şabran rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. YAP Şabran rayon təşkilatında bundan sonra da "Şəhid ailələrinə qayğı" aksiyası davam edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə