YAP Şabran rayon təşkilatının fəalları şəhid Anar Mehdiyevin anım mərasimdə iştirak ediblər

YAP Şabran rayon təşkilatında “Şəhid ailələrinə qayğı” aksiyası davam edir. 18 oktyabr 2021-ci il tarixdə Şabran rayonu Zeyvə kəndində yaşayan Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Mehdiyev Anar İlham oğlunun ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə Şabran rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Mehdi Balabəyov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Şabran rayon təşkilatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir çərçivəsində şəhidimizin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər. YAP Şabran rayon təşkilatında bundan sonra da "Şəhid ailələrinə qayğı" aksiyası davam edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...