Antimilli qüvvələr - erməni lobbisinə dəstək verənlər... - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə radikalların əsl simasını xalqımıza açıb göstərib. Ağır döyüşlər zamanı susan, müharibədən sonra Azərbaycanın igid əsgər və zabitlərinin canı, şəhidliyi hesabına əldə edilən uğurları, qələbəni aşağılamağa çalışan bu antimilli qüvvələr Ermənistanın məğlubiyyətini həzm edə bilmirlər. Çünki bu qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılıb. Antimilli şurada təmsil olunan radikal ünsürlər müxtəlif üsul və vasitələrlə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətə kölgə salmağa çalışırlar. Radikallar hazırda Ali Baş Komandanın ictimai rəydə olduqca yüksək olan reytinqinə zərər vurmağa cəhdlər edirlər. Amma bütün bunlar mənasız cəhdlərdir. Çünki ölkə Prezidenti İlham Əliyev ordumuzun müzəffər Ali Baş Komandanı kimi sözün həqiqi mənasında tarix yazdı. Dövlət başçısı İlham Əliyev 44 günlük müharibədə möhtəşəm qələbə qazanmaqla böyük Sərkərdə, güclü Ali Baş Komandan, xalqın Lideri kimi Azərbaycanın tarixinə əbədi olaraq həkk olundu.

“Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir”

Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik ediblər: "Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər. Xalq da bunu bilməlidir və gənc nəsil də bilməlidir".

Dövlət başçısı onu da bildirib ki, bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir: "Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır".

Qərbin qoltuğuna sığınan, ermənilərin yedəyində sürünən, dini radikalların əmmaməsində gizlənən Əli Kərimli kimilər...

Bəli, Azərbaycan xalqı və Azərbaycan gəncliyi antimilli şuranın xain, satqın missiyasını müharibə dövründə də görüb. Və Qərbin qoltuğuna sığınan, ermənilərin yedəyində sürünən, dini radikalların əmmaməsində gizlənən Əli Kərimli kimilərin satqınlığını unutmayıb, unutmayacaq da! "Bəyə, xana yaradı, keçəl qıza yaramadı" atalar məsəli bu gün özündən və ermənilərdən başqa hamıda, hər sahədə nöqsan axtaran müxalif düşərgənin radikal qanadına toplaşanlar, xüsusilə bu sahədə öndə gedən AXCP sədri Əli Kərimli üçün deyilib. Belə ki, Əli Kərimli təfəkküründə olan Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qənimət Zahid, Xədicə İsmayıl, Gültəkin Hacıbəyli, Əli İnsanov…kimi “sapı özümüzdən olan baltalar”ın gəzmədiyi və kəsmədiyi budaq qalmayıb. Azərbaycanı istəməyən qüvvələr tərəfindən maliyyələşdikləri üçün ölkəmizlə bağlı təxribat kampaniyalarının fəal iştirakçıları olan antimilli dairələr qaşınmayan yerdən qan çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar. Ağalarının əmrlərini kor-koranə yerinə yetirən bu bədbəxtlər, daha doğrusu, robotlar sağlam düşüncə tərzindən məhrum olduqları üçün manqurtlaşıblar. Satirik şairimiz Mirzə Ələkbər Sabirin təbirincə desək dinləri, imanları olan dollardır. Əksinə, şəhidlərimizin qanı bahasına qazanılan Qələbəmizə qara yaxaraq cəmiyyəti çaşdırmağa çalışırlar. Milli Ordumuzun döyüş təcrübəsinin digər ölkələrin hərbçiləri tərəfindən bəyənildiyi, öyrənildiyi bir məqamda əsgər və zabitlərimizin qanı-canı bahasına qazanılan uğurlarımızla bağlı böhtanlar söyləmək şərəfsizlik, satqınlıq, milli xəyanətdir.

Anti-milli qüvvələr Xocalı qaltilinin qoltuğuna sığınıb

Prezident İlham Əliyev Suqovuşanda ictimaiyyətlə görüşü zamanı əli Azərbaycan xalqının qanına bulaşmış, birinci Qarabağ müharibəsində Ermənistana havadarlıq edən qüvvələrin gücü ilə, o cümlədən bir zamanlar Azərbaycana rəhbərlik edən AXC-Müsavat cütlüyünün bəzi üzvlərinin xəyanəti nəticəsində Azərbaycan torpaqlarını işğal edən Serjik Sarkisyan haqqında öz fikirlərini bildirib: "Serjik Sarkisyan Xocalı qatili, cinayətkar məxluqdur. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir". Ona görə də Prezident İlham Əliyev çıxışı zamanı Serjik Sarkisyanın Azərbaycan haqqında heç bir söz deməyə haqqı olmadığını bildirib və layiq olduğu sözlərlə onu yerində oturdub: "Serjik Sarkisyan Vətən müharibəsində qorxusundan qaçıb siçovul yuvasına girmişdi. İndi də həmin yuvadan bir neçə saniyəlik çıxır, ölkəmiz haqqında cəfəng fikirlər səsləndirib geri qayıdır".

Bu gün xəyanətkar missiyalarını yerinə yetirənlər - Əi Kərimlilər, Arif Hacılılar, Cəmil Həsənlilər, Gültəkin Hacıbəylilər, eyni zamanda onların Qərb ölkələrində zibilliklərdə eşələnlər - Sevinc Osmanqızı, Qənimət Zahid, Arif Məmmədov, Vidadi İskəndərli və bu kimi məfumlar Milli Şuranın üzvləri Serjik Sarkisyanı müdafiə etməsi təəccüb drğurmur. Çünki satqın satqını, cinayətkar cinayətkarın yanında olar.Azərbaycan xalqı isə antimilli və xəyanətkar mövqedə olan bu marginal qruplaşmaya öz yerini çoxdan göstərib, onları tarixin tozlu arxivinə göndərib. Radikal ünsürlərin bu cür vasitələrlə siyasi reabilitasiya cəhdləri isə hər zaman olduğu kimi, iflasa məhkumdur!Həmçinin, bir həqiqəti də xainlər və xəyanətkarlar bilməlidirlər ki, əməllərinə görə yaxın zamanlardı cəzalarını çəkəcəklər. İstər Ə.Kərimlisi olsun, istərsə də işğalçı ölkənin Nikol Paşinyanı, Serj Sakisyanı olsun hər kəs xalq qarşısında cəzalarını çəkəcəklər. Həm də yaxın zamanlarda.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə