YAP Şabran rayon təşkilatının fəalları şəhidin anım mərasimində iştirak ediblər ANIM

15 oktyabr 2021-ci il tarixdə Şabran şəhəri Çölquşçu kəndində yaşayan Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Ağabala Ağayev və Uzunboyad kəndində yaşayan Samir Abbasovun ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasimdə Yap Şabran rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbir çərçivəsində şəhidimizin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla yad ediblər.

YAP Şabran rayon təşkilatında bundan sonra da "Şəhid ailələrinə qayğı" aksiyası davam edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...