"Rus sülhməramlılarının nəzarət etdiyi ərazilərə də Azərbaycan nəzarət edəcək" - DEPUTAT AÇIQLADI
"Cənab Prezident Hadruta səfəri zamanı Azərbaycan ərazilərinin ermənilər tərəfindən dağıdılmasına, qarət olunmasına diqqəti çəkmişdi". Bunu SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, bu, onların Azərbaycana olan nifrətlərinin təzahürü idi. Yaxşı, axı onların özlərinin də yaşadığı Hadrut yaman gündə idi. Onlar nəinki Azərbaycanın ərazilərini özününküləşdirmək iqtidarında deyildilər, heç özlərinin yaşadığı əraziləri düzəməlli inkişaf etdirmək iqtidarında deyildilər.
Bu haqda Rasim Musabəyov fikirlərini belə izah edib: "Bunların yeganə peşəsi qarət, cinayət və qonşulara birinci növbədə azərbaycanlılara, türklərə yamanlıq etməkdir. Bununla da heç bir inkişafa nail olmağa müqtədir olmurlar".
Burada mesajlardan biri orada yeni bir məscidin təməl daşının qoyulması oldu. Deputat fikrini belə izah edib: "Bu bir mesaj idi ki, kimlər ki gözləyirlər, bu ərazilərə yenidən ermənilər nəzarət edəcək, bu olmayacaq. Bütün işğaldan azad edilmiş ərazilər Azərbaycanın nəzarətindədir. Hər zaman da bu ərazilər Azərbaycanın nəzarətində olacaq. Vaxt gələndə hazırda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərə də Azərbaycan özü tam nəzarət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB