"Bütün hallarda dialoqu uğurlu saymaq olar” - POLİTOLOQ AÇIQLADI
“Almaniya Kansleri Angela Merkellə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü əslində həm rəzmi, həm də praktiki xarakter daşıyır. Bildiyimiz kimi Merkel ilin axırına qədər vəzifəsindən gedir. Yeri gəlmişkən demək lazımdır ki, liderlər arasında çox faydalı dialoq təşkil olunmuşdu. Baxmayaraq ki, müəyyən dövrlərdə mürəkkəb hadisələr baş vermişdi və bu ikitərəfli münasibətlərə təsir edirdi. Amma bütün hallarda bu dialoqu uğurlu saymaq olar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, yəni heç vaxt Türkiyə-Almaniya münasibətləri böhran vəziyyətinə çatmayıb: “Əlbəttə ki, Merkel vəzifədən getdikdən sonra onun yerinə gələn şəxs də eyni resursdan istifadə edəcək. Yəni Türkiyə-Almaniya münasibətləri möhkəm təməl üzərində qurulmuş əsaslara söykənəcək. Gələcəkdə münasibətlərin daha uğurlu və daha proqnozlaşdırılmış şəkildə davam etdirilməsi barəsində fikir mübadiləsi aparacaqlar. İndiki dönəmdə bu çox vacibdir. Türkiyə-Almaniya münasibətləri eyni zamanda Türkiyə-Avropa İttifaqı münasibətlərinin bazasını təşkil edir. Bu münasibətlər pozulsa, əlbəttə ki, Türkiyə-Avropa münasibətləri pozula bilər, Avropanın regionda mövqeyi zəifləyə bilər.
Bu görüşdə nəinki Türkiyə-Almaniya, hətta Türkiyə-Avropa münasibətləri də müzakirə olunacaq. Son vaxtlar Şərqi Aralıq dənizində mürəkkəb proseslər gedir. Burada Yunanıstan, Fransa müəyyən fəallıq göstərir. Onlar Almaniyaya və Türkiyəyə qarşı birgə səylər göstərməyə çalışırlar. Düşünürəm ki, bu nə Almaniyanın, nə də Avropa İttifaqının xeyrinə deyil”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB