“Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş müstəqil ölkədir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş müstəqil ölkədir” - DEPUTAT ŞƏRH ETDİ

“Ölkəmizin Vətən müharibəsində qazandığı tarixi Zəfər yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar hər bir sahəni əhatə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ölkəmizin ərazi bütövlüyünü cəmi 44 gün ərzində bərpa etməsi ilə ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı hesab edilməlidir. Buna görə də bir sıra yeni yanaşmalar həyatımız üçün zəruri hala çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz qələbəsi ilə bütün dünyada güclü dövlət olduğunu sübut etdi: “İşğalla barışmayaraq öz ərazi bütövlüyünü təmin edən ölkəmiz müasir dünyanın nüfuzlu ölkəsi kimi tanınmaqdadır. Vətən müharibəsindəki tarixi ədalətin bərpası SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müstəqil ölkədir. Müstəqilliyimizin tarixi isə artıq 103 ildən çoxdur. Bu əsasda 28 may tarixinin bundan sonra Müstəqillik Günü adlandırılması daha məqsədə uyğundur. Çünki Azərbaycan məhz 28 may 1918-ci ildə mütəqil dövlət olaraq elan olunub. 70 ildən bir az artıq müddət sonra Azərbaycan öz müstəqiliyini bərpa edib. Mahiyyət etibarilə 28 may 1918-ci və 18 oktyabr 1991-ci illərdə baş vermiş hadisələr bir-birindən fərqlənir. 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi daha düzgündür. Bu hər iki hadisənin yeni qaydada təsbit edilməsi eyni zamanda yetişən gənc nəslin hadisələrin tarixi mahiyyətini daha əhatəli şəkildə dərk etməsi ilə nəticələnəcəkdir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə