Məlum olduğu kimi, Türkiyənin ardınca Pakistanın Baş Qərargahı Müdafiə Nazirliyinin quru qoşunlarını İranla sərhədə toplayıb. Qeyd edək ki, Pakistanla İranı 900 km-lik sərhəd ayırır və bu sərhəd ən çətin və təhlükəli yerlərdə yerləşir.
Lakin onu da qeyd edək ki, Pakistanla İran sərhədindəki yeni eskalasiyanın səbəbləri də kifayət qədərdir. SİA şərh edir ki, burada əsasən, İranın Əfqanıstanla məsələsindəki mövqeyi də rol oynayır. Belə ki, Əfqanıstandakı iranyönümlü şiələrin rejimi hələ ki, süquta uğramayıb. Lakin ölkədəki hakimiyyəti Taliban ələ keçirib və onlarla İranın münasibəti necə deyərlər, “canavarla çaqqalın” münasibətinə bənzəyir. Bu baxımdan, taliblərlə iranyönümlü şiə qruplaşmaları arasında da haqq-hesabın çürüdüləcəyi gözlənilir. Görünən budur ki, İran artıq Əfqanıstanı da itirib, bunun ardınca isə Cənubi Qafqazdan demək olar ki, qovulub.
Pakistan isə əksinə - Qarabağda baş vermiş 44 günlük müharibədə, eləcə də bütün dövrlərdə Azərbaycanın tərəfini birmənalı dəstəklədiyinə görə, Bakının arzuolunan qonağına çevrilib. Bu cəhətdən də İranın uğursuzluqlarının kifayət qədər çox səbəbləri vardır. Tehran açıq şəkildə Ermənistanı silahla, yanacaqla təmin edib, halbuki bu ölkədə 35-40 milyona yaxın cənubi azərbaycanlılar yaşayırlar.
Kiçik haşiyə çıxaraq Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda İranla bağlı səsləndirdiyi fikirlərini xatırlaya bilərik. O, bildirib ki, İran birinci Qarabağ müharibəsində Ermənistana dəstək göstərməsəydi, eləcə də ikinci Qarabağ müharibəsinə qədərki dövrdə sərhədlərini açıq saxlamasaydı Ermənistan məğlub olardı. İran Ermənistanı məhv olmaqdan qurtardı.
Bu gün İran özünü dağa-daşa salırsa, çırpınaraq vəziyyətdən qurtulmaq yönündə optimal çıxış yolları axtarırsa və onu tapa bilmirsə, əlbəttə ki, günahı özündə axtarmağa məcburdur. Bu reallığı İranın XİN başçısı Əmir Abullahiyanın Moskvaya səfəri zamanı Rusiyanın XİN başçısı Sergey Lavrov da dolayısı ilə anlatdı.
Təbii ki, belə olan vəziyyətdə Bakı Ankara və İslamabadı özünün ən etibarlı müttəfiqləri, həmçinin, regionun yeni oyunçuları kimi Cənubi Qafqaza dəvət edib. O cümlədən, Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının “Üç qardaş” hərbi təlimləri də, Rusiyanın həmin təlimlərlə bağlı neytral mövqe tutması da İranı dəhşətli dərəcədə hiddətləndirib və qıcıqlandırıb.
Lakin ən əsası, İran üçün ən qəbul edilməz olay onun öz “protektoratı” altında olduğunu iddia etdiyi və “Mazandaran gölü” adlandırdığı Xəzər dənizi akvatoriyasında azərbaycanlı, türk və pakistanlı hərbçilərin 11 gün boyunca hərbi təlimlər keçirmələridir. İranı qıcıqlandıran yalnız hərbi təlimlər də olmayıb, bu təlimlərin daşıdığı “Üç qardaş” şüarı olub. Nəticədə Tehran protasiyaya düşüb və xatırlatmaq olar ki, həmin vaxt ölkənin XİN-nin sözücüsü Səid Xətibzadə Xəzər dənizindəki təlimləri qeyri-qanuni adlandırıb. Ancaq İslamabadın cavabı gecikməyib. Belə ki, Pakistanın ikinci adamı hesab edilən şəxs – ISI kəşfiyyat idarəsinin rəhbəri, general-leytenant Faiz Həmid bəyan edib: “Bakı və Ankara ilə münasibətlər İslamabad üçün strateji əhəmiyyət kəsb edir və bu əhəmiyyət üç qardaş ölkənin hərbi İttifaq quracağı vaxta qədər davam edəcək”.
Digər tərəfdən, İran Azərbaycanın müttəfiqlərinin dəstəyi və regional söz sahibi faktoru qarşısında dağıdıcı məğlubiyyətə uğrayır. Bu gün Tehranın qarşısında güclü orduya, inkişaflı iqtisadiyyata və vahid yumruqda birləşmiş xaqla məxsus Azərbaycan dövləti dayanıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB