Ermənistanın Baş Qərargah rəisinə qarşı ittiham irəli sürülə bilər
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana qarşı ittiham irəli sürülə bilər. SİA xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, Artak Davtyan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın işi ilə bağlı sorğuya çağırılacaq. Ona qarşı da ittiham irəli sürüləcəyi istisna edilmir.
Qeyd edək ki, dünən David Tonoyan və məşhur silah tədarükçüsü David Qalstyan həbs olunublar. Onlar böyük həcmdə pul vəsaitini mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında təqsirli bilinirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB