Qubada şəhidlərin xatirəsi anılıb FOTOLAR

YAP Quba rayon təşkilatı tərəfindən Anım Günü ilə əlaqədar canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb. Əvvəlcə YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov, aparatın işçiləri və partiya üzvləri Ümummilli Liderimiz Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər qızılgüllər düzüb, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra rayonun Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər. Şəhidlərimizə olan hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə edib, məzarları üzərinə qızılgüllər və əklil qoyublar.

Partiya üzvləri şəhid əsgər və zabitlərimizin ruhu qarşısında baş əyib, Qəhrəman Vətən övladlarının ruhuna Allahdan rəhmət diləyiblər.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...