Şuşada Prezident İlham Əliyevin xalqa tarixi müraciəti dinlənilib

Şuşada Prezident İlham Əliyevin xalqa tarixi müraciəti dinlənilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində mərasim keçirilib. Şəhidlərin xatirəsi sükutla yad edilib, dualar oxunub.

SİA-nın məlumatına görə, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Twitter" səhifəsindəki paylaşımında bildirib.

Paylaşımda qeyd edilib ki, mərasimin sonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti televiziya vasitəsi ilə dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə