Ermənistan səhiyyə nazirinin anası Anahit Avanesyan dünən koronavirusa yoluxmuş “Surb Qriqor Lusavoriç” xəstəxənasına çatdırılıb. SİA xəbər verir ki, hraparak.am saytı bu barədə xəstəxanadakı mənbələrinə istinadən məlumat yayıb.
"Diqqətəlayiqdir ki, nazirin anası artıq Sputnik peyvəndi ilə peyvənd olunmuşdu və bu peyvənd onu infeksiyadan qorumayıb.
Anahit Avanesyan ilə əlaqə saxlanılarkən bu onun üçün gözlənilməz olub. Suallara, "Belə bir sirri ehtiva edən məlumatlar haqqında heç nə deməyəcəyəm və xəstəxananın qaydalarımız və qanunlarımızla müəyyən edilmiş tibbi sirr haqqında məlumatları saxlamaması məni çox təəssüfləndirir", cavabı verib”, deyə hraparak.am qeyd edir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB