Şəhid İsabala Hüseynovun ailəsi doğum günündə ziyarət edilib

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Qaraçuxur qəsəbə sakini Vətən Müharibəsi şəhidi "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuş əsgər Hüseynov İsabala Ceyhun oğlunun doğum günündə məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilib.

Ailədə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. Təşkilat sədri bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə