"Azərbaycan qəti olaraq onların qabağına şərt qoymalıdır" - POLİTOLOQ AÇIQLADI

"Azərbaycan qəti olaraq onların qabağına şərt qoymalıdır" - POLİTOLOQ AÇIQLADI

"Rusların Azərbaycanın Laçın dəhlizinə nəzarət etmək istəyini qəbul etmək istəməməsinin bir neçə səbəbi var. Təbii ki, burada birinci önəmli cəhət Rusiyanın imici məsələsidir, yəni ruslar hesab edirlər ki, əgər Azərbaycan Laçın dəhlizini nəzarətə götürərsə, həm beynəlxalq ictimaiyyət arasında, həm də erməni cəmiyyəti arasında Rusiyaya qarşı aqressiyanın artmasına, inamsızlığın artmasına səbəb ola bilər. Ruslar hesab edirlər ki, əgər Azərbaycan Laçın dəhlizini nəzarətə götürərsə, erməni cəmiyyətində ruslara qarşı inam aşağı düşəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib

Onun sözlərinə görə, ikinci məsələ ondan ibarətdir ki, "sülhməramlı qüvvələri" həmin ərazilərdə nəzarəti həyata keçirmək funksiyasını üzərinə götürsə də, amma bu funksiyanı yetərincə normal şəkildə yerinə yetirmir. Ruslar hesab edirlər ki, ərazilər bunların nəzarətindədirsə, onlar istədikləri formada davrana bilərlər.

Samir Hümbətov Laçın dəhlizinə nəzarət ilə bağlı fikirlərini belə izah edib: "Təbii ki, Azərbaycan tərəfi müxtəlif variantlarla, müxtəlif yollarla Laçın dəhlizinə kənardan müşahidə aparmaqla, texnologiyalar vasitəsilə nəzarət edir. Amma rusların bu addımları ona hesablanıb ki, yəni misal üçün bu gün xaricdən gələn qonaqların, yunan deputatların qondarma rejimin ərazisinə səfərləri ilə bağlı artıq məlumatlar yayılıb. Bundan əvvəl İran dövlət nömrə nişanlı tırların Qarabağa gəlməsi məlumatı yayıldı, ondan əvvəl Fransadan olan nümayəndələrin qondarma rejimə, yəni Qarabağ ərazisinə səfəri ilə bağlı məlumatlar yayıldı. Belə misallar çoxdur. Bununla demək istəyirəm ki, rus sülhməramlılar bu səfərlərin baş tutmasına şərait yaradırlar, göz yumurlar.

Ruslar elə hesab edirlər ki, bu dəhlizi əldən versələr, rus "sülhməramlıları"nın özlərinə uyğun fəaliyyətləri məhdudlaşacaq. Məqsəd bundan ibarətdir. Hesab edirəm ki, rusların nə düşünməsindən asılı olmayaraq Azərbaycan tərəfi Laçın dəhlizinə nəzarəti tam şəkildə nəzarətə götürməlidir. Azərbaycanın sərhəd qüvvələri Laçın dəhlizində post qurmalıdır. Rus sülhməramlıları onsuz da müqavilənin şərtlərinə əməl etmir. Yəni onların üzərinə düşən təkcə, Laçın dəhlizinə nəzarətlə yekunlaşmır, yaxuddakı Qarabağın müəyyən ərazilərinə deslakasiya olunması ilə yekunlaşmır. Onların üzərinə düşən öhdəlik erməni terrorçu dəstələrini Qarabağ ərazisindən çıxarılmaqdır ki, hələ onu həyata keçirmirlər. Azərbaycan qəti olaraq onların qabağına şərt qoymalıdır. Ya onları çıxardırsız, ya biz dediyimiz bütün tələbləri yerinə yetirirsiz, yaxud da təbii ki, burada qanuni şəkildə 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli müqavilələrə əsasən ya dediklərimizə əməl edirsiniz, yaxud da biz Laçın dəhlizini bağlayırıq. Sülhməramlıların fəaliyyəti ondan sonra bəlli olacaq. Çünki zaman-zaman rus "sülhməramlıları" Qarabağın müxtəlif ərazilərində hərbi təlimlər keçirib. Bu nizamnaməyə qətiyyən uyğun deyil, yəni daban-dabana ziddir. Üstəlik bu təlimlərə pulemyotdan atmaqdır, artileriya atışlarıdır, üstəlik məhv edilən erməni silahlı qüvvələrinin qalıqlarını gətirib həmin hərbi təlimlərə cəlb edirlər. Üstəlikdə Qarabağ ərazisində qondarma rejimin fəaliyyət göstərdiyi ərazilərdə yaşayan erməni əsilli şəxslərdən istifadə edərək silahlı dəstələr yaradırlar. Təlimlər keçirirlər.

Hesab edirəm ki, Azərbaycan üçün yetərli imkanlar var. Təbii ki, müəyyən zaman ərzində Laçın dəhlizinin bağlanması və Azərbaycanın nəzarətinə verilməsi məsələsi gündəmə gəlməlidir və gəlir də. Bir şərtlə Laçın dəhlizi işləyə bilər ki, Azərbaycan Silahlı Qüvvələri ora nəzarət etsin. Təbii ki, rus sülhməramlıları da dəhliz boyu Xankəndi ərazisinə qədər olan 5 kilometrlik 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq nəzarət edə bilər. Amma qəti olaraq Azərbaycan Laçın dəhlizini rusların tam ixtiyarına verməməlidir. Əgər verərsə, bundan sonraki müddətdə də ermənilər tərəfindən provakasiyaların sayı artacaq. Hətta onu deyərdim ki, böyük itkilərə səbəb olcaq addımların atılması da gözləniləndir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə