Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, rəsmi görüş mərasimindən sonra Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək söhbət edəcək.
Məlumatda həmçinin qeyd olunur ki, təkbətək söhbət bitdikdən sonra danışıqlar geniş tərkibdə davam edəcək və iki ölkənin baş nazirləri danışıqların ardından mətbuata açıqlamalar verəcəklər.
Xatırladaq ki, baş nazir Nikol Paşinyanın Gürcüstan prezidenti Salome Zurabişvili ilə də görüşü planlaşdırılır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB