"Azərbaycan ordusu mövqelərini gücləndirir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Biz, artıq aylardır ki, Qarabağda yerləşən erməni silahlı dəstələrinin, quldurlarının rus sülhməramlılarının arxasında gizlənərək Azərbaycan istiqamətində təxribatlar törətdiyinin şahidi oluruq. Bunun bir səbəbi var. Əgər kimlərsə, ortada dayanaraq ermənilərin Azərbaycana, daha doğrusu, Azərbaycan ordusuna hücum etməsinə şərait yaradırlarsa, deməli burada bir sıra qüvvələrin Azərbaycan hakimiyyətinə təzyiqlərindən söhbət gedir. Mütləq bu məsələ əsas tədqiqat obyekti olmalıdır. Söhbət rus sülhməramlıların Qarabağda yerləşməsinin hüquqi qüvvəyə minməsindən gedir ki, bu məsələ hələ də müzakirə predmetidir". Bu sözləri SİA-ya açıqlamasında Bakı politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, biz çox uzaqgörən siyasətin burada şahidi olduq ki, noyabrdakı üçtərəfli bəyanatda bir sıra müddəalar yer aldı. Zaur Məmmədov bununla bağlı fikirlərini belə izah edib: "Amma bir sıra müddəalar öz hüquqi həllini tapmayıb. Bunun da əsas səbəbi bundan ibarətdir ki, həmin qüvvələr hüquqi cəhətdən möhkəmlənəndən sonra, təbii ki, Azərbaycana qarşı daha çox təzyiq göstərilə bilərdi. Təbii ki, ermənilərin, erməni təxribatçıların heç bir qüvvəsi yoxdur. Onların heç bir gücü olmamasına baxmayaraq, Azərbaycana qarşı təxribat törətmələri 3-cü ölkələrin bunda maraqlı olmasının əyani göstəricisidir. Hazırda erməni siyasətçiləri yaxşı olardı ki, doğrudan da, müstəqil siyasət yeritsinlər və onun-bunun maşası rolunda çıxış etməsinlər. Əks halda biz erməni dövlətçiliyinin sual altında olacağının şahidi olacağıq. Ümumiyyətlə, region və region ətrafında baş verən hadisələr ona dəlalət edir ki, bir neçə on illikdən sonra Ermənistan dövlətinin özünün Cənubi Qafqazda mövcudluğu sual altında olacaq.
Əgər Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirəcəksə, Azərbaycana ərazi iddiası irəli sürəcəksə, o zaman Azərbaycan rəsmi şəkildə Ermənistan torpaqları, hansı ki, qədim Azərbaycan torpaqları ilə bağlı məsələ qaldıracaq. Buna görə də, kimsə özünü ağıllı sayırsa, kimsə,doğrudan da,erməni xalqının xiləskarı olmaq istəyirsə, o zaman Azərbaycan və Türkiyə ilə siyasət konsepsiyasına yenidən baxmalıdır. Əks təqdirdə, Ermənistan özü-özünü uçuruma sürükləmiş olacaq. Bu, ara-ara davam edən təxribatlar, təbii ki, çox gülüncdür. Bu təxribatlar Ermənistanı gücləndirmir, əksinə Azərbaycanı və Azərbaycan ordusunun mövqelərini gücləndirir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB