Ərəstun Oruclu: “Dezinformasiyaların yayılmasında məqsəd orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılmasıdır
ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu “facebook” hesabında “5-ci kolon”un fəaliyyətini təsnifatlandıran status paylaşıb. Qeyd edib ki, bütün hallarda "5-ci kolonun" fəaliyyəti bir mərkəzdən vahid plan və proqram üzrə koordinasiya olunur: “5-ci kolonun" bugünkü əsas fəaliyyət istiqamətlərindən biri də təxribat xarakterli informasiyaların və dezinformasiyaların yayılmasıdır. Məsələn, 44-günlük müharibənin guya Rusiya ilə razılaşdırılması barədə şayiələr və ya bu gün Azərbaycanla Rusiya arasında yaşanan gərginliyin "razılaşdırılmış oyun" olması iddiaları”.
Ərəstun Oruclu yazıb ki, bu dezinformasiyaların yayılmasında məqsəd orduya etimadsızlıq, cəmiyyətdə inamsızlığın artırılması, vətəndaşların aldadılması və son nəticədə insanlarda özgüvən hissinin dağıdılması, xalqa, yəni ölkədə yaşayan insanlara onların heç nəyə qadir olmamasının aşılanması: “Son nəticədə isə cəmiyyətdə acizlik hissinin və təslimçilik əhvalının yaradılması”.
Azərbaycanda da sosial şəbəkələr üzərindən bu təbliğat ancaq AXCP və Milli (olmayan) Şura aparmaqdadır. Hər gün guya 44 günlük Vətən müharibəsinin Rusiya ilə razılaşdırılması barədə şayələr yayırlar, böhtanlar yazırlar. Elə Ərəstun Oruclu əslində bu fikirləri ilə birbaşa Əli Kərimlini, müavini Seymur Həzini və başqalarını ifşa edib, onların “5-ci kolon” olduğunu sübut edib. Məsələn, Əli Kərimlinin müsahibəsindən belə deyib: “Ona görə mən o gün sevinirdim ki, açığı ora gedib çıxacağını gözləmirdim. Mən bilirdim axı, ortalıqda danışılmış işlər var. Hər gün bu dayandırıla bilər... Müəyyən bir razılaşma var idi. Amma Rusiyanın razılığı da var idi bu işdə... Şuşaya gedib çıxdıq. Etiraf edim ki, mən gözləmirdim. Mən fikirləşirdim ki, Lavrov planı işləyəcək, həmin o beş rayonla, sülhməramlılar qayıdacaq... O zaman mən bilirdim belə bir razılaşma var ki, Lavrov planı əsasında rus qoşunları gəlsinlər bölgəyə...”.
Əli Kərimlinin müavini Seymur Həzi isə son statuslarının birində belə bir cümlə işlədib: “Rusiya ilə gərginliyin bir danışıqlı döyüş olduğunu”.
Gördüyünüz kimi, həm Əli Kərimli, həm də müavini Seymur Həzi 44 günlük Vətən müharibəsinin Rusiya ilə razılaşdırılması barədə şayələr yazırlar, danışırlar. Bu da Ərəstun Oruclunun yazısı təbirincə həm Əli Kərimlinin, həm də müavini Seymur Həzinin “5-ci kolon” olduğunu sübut edir.
Onu da qeyd edək ki, hazırda da Əli Kərimlinin və trol dəstəsinin “Azərbaycan-Rusiya münasibətlərində razılaşdırılmış gərginlik” tezisini tirajlamaqla bir daha “5-ci kolon” olduqlarını isbatlamış olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB