"Dünya gücləri imkan vermir ki, sabitlik olsun" - HƏRBİ EKSPERT AÇIQLADI

"Dünya gücləri imkan vermir ki, sabitlik olsun" - HƏRBİ EKSPERT AÇIQLADI

“Əfqanıstan çox mühüm, strateji bir bölgədə yerləşir. Zaman-zaman bu bölgədə nəzarəti ələ keçirmək üçün müxtəlif vaxtlarda müxtəlif dövlətlər Əfqanıstanı işğal ediblər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, birdən-birə 300 minlik əfqan ordusu 75 minlik Taliban ordusuna döyüşmədən bütün şəhərləri təhvil verərək hakimiyyətdən getdi: “Taliban hərəkatı çox ağır dini şərtlər irəli sürür. Atdıqları bəzi addımlar müasir dünya ilə səsləşmir. Təəssüflər olsun ki, bəzən terrorçular İslam dinindən başqa məqsədlərlə istifadə edirlər. Bu da yolverilməzdir. Ümumiyyətlə dünya gücləri imkan vermir ki, dünyada sabitlik olsun. Əfqan xalqı xeyli müddətdir ki, stabil yaşamır. Bu bir daha göstərir ki, dövlətlər güclü olmalıdır, xalqlar savadlı və bilikli olmalıdır. Bu proseslər onu göstərir ki, ölkə rəhbərinin müdrik, uzaqgörən olması, qətiyyətli və çevik siyasət həyata keçirə bilməsi həmin xalqın xoşbəxtçiliyidir. Əfqanıstanda təəssüflər olsun ki, belə bir lider, müəyyən siyasi bir qüvvə yoxdur. Bunun nəticəsində də Əfqanıstan irəliyə yox, geriyə addım atır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə