Ermənistan XİN-in növbəti təyinatı: qeyri-peşəkar Ararat Mirzoyan ANALİTİK
Riçard Qiraqosyan: “Bu təyinatla baş nazir göstərdi ki, ona loyal XİN rəhbəri lazımdır – xarici siyasətlə məşğul olan, lakin onu müəyyən etməyən bir kəs...”
Ermənistanda üç aylıq boşluqdan sonra xarici işlər naziri vəzifəsinə təyinat olundu. Məlum olduğu kimi, parlamentin keçmiş spikeri, əslində isə, heç bir diplomatik səriştəsi olmayan, lakin baş nazir Nikol Paşinyanla sıx əlaqələrə sahib olan Ararat Mirzoyan bu vəzifəyə gətirildi. Qeyd edək ki, XİN rəhbəri vəzifəsinə vakant yer may ayından – ölkənin xarici siyasətinin özünü doğrultmamasından sonra Ara Ayvazyanın gedişindən sonra boş qalmışdı. SİA xəbər verir ki, bu barədə Eurasianet-də erməni analitiki Ani Meclumyan yazır.
Ararat Mirzoyan daha qəbuledilən və kompromisli namizəd kimi qiymətləndirilir?
Paşiynayın ardıcıl uğursuzluqlarından sonra Ayvazyan müvəqqəti olaraq Ermənistanın milli təhlükəsizlik şurasının eks rəhbəri Armen Qriqoryanla əvəzləndi. Lakin Qriqoryanın təyinatı da mübahisəli ola bilərdi. Belə ki, o, açıq qərbyönümlü fiqur idi və uzun illər Counterpart International və Transparency International kimi QHT-lərdə çalışıb, eləcə də dəfələrlə Ermənistanın əsas müttəfiqi olan Rusiyanı sərt tənqidlərə məruz qoyub.
“Bir çoxları onun təhlükəli dərəcədə qərbyönümlü olduğunu hesab edir və bu amil Rusiyanı qayğılandırırdı”, deyə İrəvanın regional araşdırmalar mərkəzinin direktoru Riçard Qiraqosyan hesab edir.
Məhz bu fərq baxımından, Ararat Mirzoyan daha qəbuledilən və kompromisli namizəd kimi qiymətləndirilir, ən azından onun Qriqoryan qədər qərbyönümlü olmadığı nəzərə alınır. Ancaq buna baxmayaraq, Qriqoryan ölkənin təhlükəsizlik şurasının rəhbərliyində qalmaqda davam edir.
41 yaşlı Mirzoyan parlament spikeri vəzifəsinə 2018-ci ildən seçilmişdi, ancaq buna qədər heç bir rəsmi səlahiyyətli işlərdə fəaliyyət göstərməyib və ümumiyyətlə, diplomatiya sferasına aid olan şəxs deyil.
Mirzoyan ölümcül şəkildə linçə məruz qalmışdı
Bu arada onu da xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr üçtərəfli bəyanatı imzalanandan sonra qızğın erməni kütləsinin hədəfinə tuş gələn Mirzoyan ölümcül şəkildə linçə məruz qalmışdı. O, son anda kütlənin arasından çıxarılaraq xəstəxanaya yerləşdirilmişdi və uzunmüddətli müalicədən sonra ayağa qalxmağı bacarmışdı.
Bu yay isə bəlli oldu ki, Mirzoyan növbəri rəhbərlik vəzifəsinə hazırlanır və onun yenidən parlament sikeri kimi seçilməsi fikri yox idi.
“Bu təyinatla (yəni Ararat Mirzoyanın XİN rəhbəri vəzifəsinə gətirilməsi-R.R.) baş nazir göstərdi ki, ona loyal XİN rəhbəri lazımdır – xarici siyasətlə məşğul olan, lakin onu müəyyən etməyən bir kəs...”, Qiraqosyan mövzu ilə bağlı münasibətində bildirib.
Ermənistan təcili şəkildə yeni diplomatik strategiyasını müəyyən etməlidir
Qiraqosyan həmçinin Mirzoyanın təyinatını Ermənistandakı kadr təyinatlarında Ayvazyanın istefası və Qriqoryanın müvəqqəti təyinatı ardınca üçüncü sürpriz olduğuna diqqət çəkib.
“Bu sürprizlərin sonuncu olmasına, sadəcə, ümid etməyimiz qalır və indi siyasi və ya şəxsi loyallıqda deyil, peşəkarlıq kompetentliyində yeni təyinatları gözləmək olar”, deyə Qiraqosyan bildirib.
“Bütün bunlardan sonra isə yeganə real nəticə budur ki, Ermənistan təcili şəkildə yeni diplomatik strategiyasını müəyyən etməlidir, belə ki, əlavə cah-cəlallara vaxt və zaman da qalmır, çünki belə olanda hər şey gözlənilmədən bitir”, Eurasianet-in siyasi yazarı fikirlərini yekunlaşdırıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB