Rusiya və Fransa prezidentləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Həmçinin söhbət əsnasında Qarabağdakı vəziyyət də müzakirə edilib. Putin fransalı həmkarını üçtərəfli bəyanatın həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə