"Ermənistan bir daha müharibəni qızışdırsa..." - HƏRBİ EKSPERTDƏN SƏRT REAKSİYA

"Ermənistan bir daha müharibəni qızışdırsa..." - HƏRBİ EKSPERTDƏN SƏRT REAKSİYA

“Dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınsa da, Azərbaycan 44 günlük müharibədə qələbə qazansa da, Azərbaycan ərazilərin müəyyən hissəsini düşmənlərdən təmizləyib və birgə bəyannaməni qəbul edilsə də, amma bu gün Ermənistan təxribatlarından əl çəkmək istəmir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi eskpert Cəlil Xəlilov deyib.

Onun sözlrinə görə, Ermənistan tərəfi yenə də beynəlxalq təşkilatları aldatmağa, provakasiyalara əl atır: “Qarabağda süni gərginlik yaratmaqla bir daha delimitasiya məsələlərini dayandırmaq istəyir. Sülh sazişini imzalamaqdan imtina etmək istəyir. Çalışır ki, yenidən müharibə qızışsın və Azərbaycan Ermənistana müqavimət göstərməyə məcbur olsun. Bu da Ermənistan üçün ağır nəticələrə gətirib çıxara bilər. Ona görə də Ermənistan tərəfi bu gün bu məqsədlərdən əl çəkməlidirlər”.

Cəlil Xəlilov sözlərinə davam edərək həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlar ermənilər və onların havadarlarına təzyiq göstərməlidirlər: “Bu gün Ermənistanın hərbi-siyasi rəhbərliyi müəyyən qədər razılaşmaq istəsə də, onları bu məsələyə təhrik edən müəyyən xarici qüvvələr də var. O cümlədən onlara dəstək verən, Ermənistan ordusunun müharibə dövründə itirdiyi texnikaları əvəzləmək üçün, əlavə texniki imkanlar yaratmaq üçün oraya silah-sursat daşıyan dövlətlər var. Ermənistan bir daha müharibəni qızışdırsa və yaxud da müharibəyə getsə, bu səfər Ermənistan üçün məhv olma zəruriyyəti yaranacaqdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə