"Hər kəs özünə hörmət etməli və etdiyi əxlaqsızlığın cavabını almalıdır"" - POLİTOLOQ DANIŞDI
"Əslində, Rusiya Daxili işlər Nazirliyinin İsfəndiyar Vahabzadə ilə bağlı bu qərarı heç də ona başucalığı gətirmir. Məsələ burasındadır ki, bir Qazaxstan, bir Azərbaycan vətəndaşına belə bir qadağa qoyulması həm gülməli, həm də ağlamalıdır. Gülməlidir, ona görə ki, bu adamın 66 yaşı var, 50 il sonra onun yaşayacağına hər hansı zəmanət yoxdur. Onu Allah bilir. Ağlamalıdır ona görə ki, gör Rusiya kimi böyük dövlət, hegemon bir dövlət nə günə qalıb ki, bir Azərbaycan vətəndaşına belə bir qadağa qoyur. Rusiya bu qədər, yəni bir dövlət kimi özünə hörmət qoyursa, nədən Jirinovskini cəzalandırmır? Adam sağa-sola, hər kəsə ancaq təhqir yağdırır, nifrin tökür. Təbii ki, bunun da cavabı olmalıdır. Azərbaycan XİN-yi nota verəcək, parlament işləsəydi mən əminəm ki, parlament də bunla bağlı cavab verəcəkdi. Ancaq Azərbaycan Jirinovskini qara siyahıya almalıdır. Çünki bu adam Vahabzadədən əvvəl Azərbaycan haqqında fikir bildirib. Özü də təhqiramiz fikirlər bildirib və bunu bir yox, bir neçə dəfə edib. Bu günə qədər də Rusiya tərəfdən Jirinovskiyə qarşı hər hansı cəza müəyyən olunmayıb. Yəni bilirsiz “Ağa Nəzərəm, belə gəzərəm”, yanaşması özünə hörmət edən xalqa başucalığı gətirmir. Nə 200-300 il əvvəlki imperiya dövrüdür, nə də ki insanların bilik səviyyəsi o zamanki, insanların bilik səviyyəsidir. Müasir dövr elədir ki, hər kəs özünə hörmət etməli və etdiyi əxlaqsızlığın cavabını almalıdır". Bunları SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

İsfəndiyar Vahabzadənin cavabı ilə bağlı mən demirəm söyüş səviyyəsində, amma bütün hallarda cavab verməliydi, deyən politoloq: "İndi bu da insandır, hirslənib. Ola bilər söz seçimində bu tip söz seçməyə bilərdi. Amma necə olar ki, mənim xalqıma qoyun deyən birinə həmin adamın ölkəsi heç bir ölçü götürməsin. Onun özünə hər şey demək olardı. Belə bir ifadə işlətmək olardı ki, bu xalqın bir nümayəndəsi də Jirinovskidir. Eyni mənaya gəlir. Amma söz burada birbaşa deyilib. Bu əsəb gərginliklə bağlı olan bir şeydir. Çünki İsfəndiyar Vahabzadə millətçidir, millətini sevəndir. Yetərincə də savadlıdır. Jirinovski ilə müqayisədə kifayət qədər əxlaqlı, tərbiyəli bir insandır. Onun prezidentini, dövlətini, xalqını təhqir edənə cavabını verməli idi. Söz seçimində yenə deyirəm uğursuzluq ola bilər. Amma cavab verilməli idi. O bu missiyanı öz çiyninə götürdü. İndi bizim də, medianın da əsas borcu Vahabzadənin hüquqlarını qorumaqdır", deyib.
Azərbaycan tərəfi də nota ilə kifayətlənməməlidir. Eyni addımı bizim Daxili İşlər Nazirliyi də atmalıdır ki, o Azərbaycana buraxılmasın. Bundan böyük cəza ola bilməz deyən Cümşüd Nuriyev Jirinovskinin beynəlxalq insan haqları məhkəməsinə verilməsi ilə bağlı bunları qeyd edib: "Onu beynəlxalq tribunala söyüşlə bağlı vermək olmaz. Çünki təhqirlə bağlı beynəlxalq hüquqda bir şey yoxdur. Amma diskirminasiya ilə bağlı var. Deməli avropa konvensasiyasının 14-cü maddəsinə əsasən insanlar arasında təfriqə yaratmaq, insanları mənsub olduğu milliyətinə, dininə görə təhqir etmək olmaz. Bu baxımdan onun barəsində məsələ qaldırmaq olar. O təkcə xalqı yox, həm də onun təmsilçisi olan prezidenti təhqir edib, haqqında sarsaq fikirlər deyib. Ən azı iki-üç maddə ilə belə bir işi gündəmə gətirmək olar. Təbii ki, bu uzun çəkəcək. Çünki insan haqları məhkəməsi əsasən bir işə 5-6 il baxır. Amma bu başqaları üçün bir ibrət olar. Məsələn, Rusiya Dövlət Dumasının müavininə, o da bir əxlaqsızlıq etdi. Bunlar o qədər çaşıb ki, Azərbaycanın müstəqilliyini sual altında qoymağa çalışır. Deyib ki, tək Azərbaycan yox, digər postsovet ölkələrinin müstəqilliyi Rusiyanın əlindədir. Rusiya bu haqqı istəsə verər, istəsə verməz. Bu dərəcə də irəli getdi. Çünki Azərbaycan lazımi addımları hələ atmayıb. Bir notadan başqa bir şeylər olmayıb. Cənab Prezidentinin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı Respulika Prokurorluğu da idda qaldırmalıdır. Prokurorluq olduqca yaxşı işlər görür. Bu addımı da atsa, çox uğurlu bir işi həyata keçirmiş olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB