“Rus sülhməramlıları Qarabağda müvəqqətidir” ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Son dövrlər Ermənistan xislətinə uyğun olaraq 10 noyabr təslimçilik aktının tələblərini pozmağa cəhd edir. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlılar bu məsələyə nəzarət etmirlər və Ermənistanın bu aktın tələblərinin pozulmasına qarşı heç bir tədbir görmürlər”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə müşahidə edirik ki, Ermənistan ordusunun qalıqlarından ibarət əsgərləri Laçın dəhlizi vasitəsilə Xankəndi və Azərbaycanın digər ərazilərinə müxtəlif nəqliyyat vasitələri ilə keçirlər: “Lakin bunlar rus sülhməramlıları tərəfindən dayandırılmır. Ermənistan silahlı qüvvələrinin bu yoldan, bu dəhlizdən istifadə etməsi və ya həmin ərazilərdə, hansı ki, rus sülhməramlıları nəzarət edir və o ərazilərdə Ermənistan silahlı qüvvələrinin görünməsi qanunsuzluqdur və bu, birbaşa aktın tələblərini pozmağa xidmət edir”.
A.Xəlilov bildirdi ki, Azərbaycan 10 noyabr razılaşmasının pozulması ilə bağlı vasitəçi tərəf olaraq Rusiyaya öz mövqeyini bəyan etməlidir, eyni zamanda, Ermənistanın bu addımına qarşı sərt bəyanat verilməlidir və erməni silahlı qüvvələrinin həmin ərazilərdə hərəkəti dayandırmalıdır: “Düşünürəm ki, Azərbaycan tərəfi bu addımı atacaq, çünki bu hüququ Azərbaycan özündə saxlayır. Azərbaycan aktın tələblərinə tam riayət edir və Ermənistan tərəfi də bu aktın tələblərinə əməl etməlidir. Müşahidə edirik ki, Ermənistan son dövrlər hər vəchlə bu aktın tələblərini pozmağa çalışır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Rus sülhməramlıları, sadəcə olaraq, Qarabağda müvəqqəti olaraq öz missiyalarını yerinə yetirirlər. İndiki erməni təxribatları həmin bu sülh müqaviləsinə kölgə salmağa xidmət edir və bu da yolverilməzdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB