Lukaşenko prezidentlikdən nə vaxt ayrılacağı dedi

Lukaşenko prezidentlikdən nə vaxt ayrılacağı dedi

Belarus Prezidenti Aleksandr Lukaşenko "Böyük söhbət" proqramında vəzifəsindən nə vaxt ayrılacağı ilə bağlı sualı cavablandırıb. SİA Rusiya mətbuatına istinadla xəbər verir ki, Lukaşenko bunu təxmin etməyə ehtiyac olmadığını bildirib.

Belarus prezidenti əlavə edib ki, başqa bir şəxsin hakimiyyətə gəlməsindən sonra respublikada hadisələrin necə inkişaf edəcəyi onun üçün də maraqlıdır: "Həqiqətən, ən çətini varis məsələsidir. Yaxın dostum və böyük qardaşım Vladimir Vladimiroviç Putinin dediyi kimi də cavab verə bilərdim: Belarus xalqı kimi seçsə prezident o olacaq. Bu həqiqətən belədir. Düzünü deyim. Düşünürəm, bu təbiidir. Bu mövqe əbədi deyil, mən də insanam".

Lukaşenko bildirib ki, bəzən "sakit ömür sürmək" istəyir: "Amma sonra düşünürəm ki, yox "ölənə qədər mənə sakit həyat yoxdur. Ukraynanın eks-prezidenti Leonid Kuçmaya həmişə həsəd aparmışam. Görüşəndə, deyirəm, Leonid, özünü necə hiss edirsən? Deyir, əla. Görürəm ki, özünü çox yaxşı hiss edir. Düşünməyə başlayıram. Əmin oluram ki, yox, bunu edə bilmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə