Jirinovski qorxaq it kimi yenə də hürür - ŞƏRH

Ancaq Azərbaycanın əleyhinə sərsəm fikirləri qorxaq itin hürməsi, amma karvanın isə öz ahəngi ilə yoluna davam etməsi kimidir

Rusiyanın təlxək və psixi emossional pozğunluğu olan əxlaq və tərbiyəsi ilə qeyri-ciddi siyasətçisi adlandırılan Jirinovski yenə də qorxaq it kimi hürür. Azərbaycanın əlehinə sərsəm fikirləri qorxaq itin hürməsi, karvanın isə öz ahəngi ilə yoluna davam etməsi kimidir. Ancaq bu qoxaq it kimi hürən Jirik hələ də qanmayıb ki, 44 günlük Vətən muharibəsində qalib sərkərdəmiz Ali Baş Komandanımız güclü diplomatiyası və ən əsası "dəmir yumruğu" ilə bütün dünyaya sübut etdi ki, haqq yolunu anlamayanların başını "dəmir yumruq" əzəcək. Və Jirinovski kimilər erməni lobbisinin təsiri ilə Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini korlaya bilməyəcək. Jirinovski kimi təlxəklər çox gözəl dərk edirlər ki, bu gün Azərbaycan və Rusiya, Rusiya və Türkiyə, eləcə də Prezident İlham Əliyevlə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla Putin arasında çox gözəl münasibətlər var və bu münasibətlər gündən-günə daha da inkişaf edir. Jirinovski kimi təlxək siyasətçilər erməni diasporunun, lobbisinin təsiri ilə Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini korlamaq istəsə də, istəməsə də, Azərbaycanla Rusiya, Rusiya və Türkiyə arasında münasibətlər bundan sonra da sürətlə inkişaf edəcək. Çünki hər üç dövlət tarixən bir-birinə bağlı qonşu, dost dövlətlərdir. Və həmişə olduğu kimi, bu gün də daim çalınan musiqiyə oynayan Jirinovski kimi bir təlxəyi ortalığa atmaqla, it hürər amma karvan isə öz ahəngi ilə yoluna davam etməkdədir. Necə deyərlər, milçək gücündə olan bir həşəratın könül bulandırmasından başqa bir şey deyil. Çünki Jirinovskinin özü də, onu meymun yerinə oynadanlar da andayırlar ki, nə qədər böhtan, şər atmaqla Azərbaycan-Rusiya münasibətlərini korlaya bilməyəcəklər və buna son qoymağın vaxtı çatıb.

Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsini təsdiqləyən amillər...

Bu gün regionda cərəyan edən proseslərin təhlili göstərir ki, Azərbaycan və Rusiyanın bir çox istiqamətlərdə maraqları üst-üstə düşür. Belə ki, iki ölkənin münasibətlərinin strateji tərəfdaşlıq kimi səciyyələndirilməsi də məhz bunun nəticəsidir. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Məhz Prezident İlham Əliyevin mütəmadi olaraq Rusiyaya işgüzar səfərləri bir daha onu göstərir ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür.

Təəssüf ki, onun-bunun çalğısı ilə oynayan Jirinovski kimi təlxəklərin hələ də xəbəri yoxdur ki, ölkəmiz 30 ildir, müstəqildir, güclü və qüdrətli dövlətdir. Azərbaycanın Ermənistandan başqa, qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətləri yüksək səviyyədədir. Və iyulun 20-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyada səfərdə olub. Bu səfər və yeni siyasi reallıqlarla bağlı müzakirələr iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasını göstərdi. Ümumiyyətlə, son illərdə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür və keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq büruzə verir.

Dövlət başçılarının görüşündə də vurğulandığı kimi, bu günümüzün əsas məsələsi regionda münaqişədən sonrakı vəziyyətdir. O deyib: “Moskva görüşündə bir daha bəyan edildi ki, Azərbaycan münaqişədən sonrakı dövrü gərginlik olmadan, maksimum sakit şəraitdə keçməsi əzmindədir. Hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Belə bir şəraitdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdi yolverilməzdir. 10 noyabr tarixli razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də mövcuddur".

Bir sözlə, Jirinovski kimi sərsəmlərin və təlxəklərin Azərbaycan dövlətçiliyinə dil uzatmasına, onu dövlətin və millətin qürur hissi ilə oynamasına imkan verilməməlidir. Və Jirinovski kimi xəstə, mənəviyyatsız, əxlaqsız, anlamalıdır ki, bu sayıqlamaları Azərbaycanın haqq işinə xələl gətirə bilməz. Azərbaycan müstəqilliyinə təhdid ola biləcək hər addımı dəf etmək gücündədir və güclü xalq-iqtidar birliyi də mövcuddur ki, bu birliyin sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu uzun müddət işğal altında qalan torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad edərək ərazi bütövlüyümüzü bərpa edib. Ermənilərin havadarları anlamalıdırlar ki, 44 günlük Zəfər müharibəsində Azərbaycanın gücünü hər kəs gördü. Və onun-bunun çaldığı ilə oynayan Jirinovski kimi təlxək və əbləhlər anlamalıdır ki, güclü Azərbaycan ordusu bu Zəfəri hər zaman qorumaq iqtidarına malikdir və şanlı ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad edən "Dəmir Yumruq" yenə yerindədir, hər an torpaqlarımıza göz dikənlərin başına endirilə bilər.

Erməni lobbisinin girovuna çevrilmiş Jirinovski kimi qondarma siyasətçilər bu reallığı başa düşməlidir ki, Azərbaycanın əlehinə sərsəm fikirləri qorxaq itin hürməsi, amma karvanın isə öz ahəngi ilə yoluna davam etməsi kimidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...