"Onlar heç vaxt istəklərinə nail olmayacaqlar" - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Erməni tərəfi hər hansı təxribat törətməklə 44 günlük Vətən Müharibəsi nəticələrinə şübhə ilə yanaşmaq istəyir. Yəni müharibənin bitmədiyini nümayiş etdirməyə çalışır”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, erməni hərbi xunta rejimi gerçəklə barışmaq istəmir: “Bu baxımdan, Əli Kərimlinin və digərlərinin hərbi, siyasi diplomatik uğurlara kölgə salmağa çalışmaları və ermənipərəst mövqedən çıxış etmələri təəccüb doğurmur. Çünki bu gün heç kəsə sirr deyil ki, radikal müxalifət təmsilçiləri xaricdən maliyyələşən insanlardır. Yəni bunlara pul verənlər musiqini də sifariş edirlər. Demək olar ki, adları çəkilən bu şəxslər xaricdən növbəti sifarişlərini alıblar və beləliklə də, bu insanlar 44 günlük Zəfərə kölgə salmaq üçün əllərindən gələni edirlər. Ümumiyyətlə, adları çəkilən bu şəxslərin milli və dövlətçilik maraqlarına zərbə vurmağa cəhd etməsinin arxasında Azərbaycan dövlətinin inkişafını istəməyən bəzi xarici qüvvələr dayanır. Çünki həmin xarici qüvvələrin istəkləri ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaqdan ibarətdir. Bunun üçün də daxildəki bəzi insanlardan istifadə edirlər”.

T.Qənioğlu bildirdi ki, xarici və daxili məkrli qüvvələrin nə etməsindən asılı olmayaraq onlar heç vaxt istəklərinə nail olmayacaqlar: “Bu da yaxşı bir hal deyil, qınanılası bir haldır. Təbii ki, müxalifətçisən iqtidarın hər hansı bir fəaliyyətinə kölgə salmaq istəyirsən, amma əgər burada söhbət dövlətin mənafeyindən gedirsə, bunu etmək olmaz. Dövlətin mənafeyinə qarşı çıxmaq heç bir siyasətçiyə uğur gətirməyib. Yaxşı olardı ki, sözügedən qüvvələr bu cür hərəkətlərindən əl çəksinlər. Çünki burada söhbət dövlətin mənafeyindən gedir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...