Avropa İttifaqı ilə konfransda qalib ölkə liderinin çıxışı - TƏHLİL
Avropa İttifaqı sədri Şarl Mişelin Bakıya gəlişi gözlənilən idi. Belə ki, ən böyük iqtisadi-siyasi blokun Qarabağ müharibəsindən sonra Bakıda olması vacib görünürdü. Görüş və rəsmi naharla birgə xüsusilə mətbuat konfransında bir çox maraqlı məqama toxunuldu. Azərbaycanın Avropa İttifaqlı ilə geniş siyasi təmaslarını vurğulayan Prezident İlham Əliyev onların əhəmiyyətini də vurğuladı. Prezident İlham Əliyevin fikirlərinə görə, eyni zamanda ötən il iqtisadi-ticari əməkdaşlıq nəticəsində dövriyyə 9.5 milyard dollar olub. Digər tərəfdən isə Azərbaycan öz ticarətinin 40%-ni məhz Avropa İttifaqı ilə edir. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə etdiyi ticari dövriyyə isə 6.8 milyard dollar təşkil edir. Eyni zamanda üzv dövlərlərin Azərbaycandaki şikətləri 1700-ə yaxındır. Bütün bu statistikalar Azərbaycanın əməkdaşlıqda kifayət qədər fəal olduğunu göstərir.
Görüşdə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında imzalanan sənədlərin də önəmi böyükdür. Bunun nəticəsidir ki, üzv dövlətlərin 3-də 1-i Azərbaycana siyasi müttəfiq kimi yanaşır. Bunlar böyük nailiyyət olmaqla bərabər, növbəti əməkdaşlıqlar üçün imkanlar yaradır. Əməkdaşlığımızın mühüm hissəsi enerji təhlükəsizliyinə hesablanıb. Bu barədə Cənub Qaz Dəhlizi və onun 4-cü seqmentinin açılışı barədə danışan cənab İlham Əliyev bildirib ki, İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kub qaz ixrac olunub. O eyni zamanda bütün bunların tarixi nailiyyət olduğunu və enerji təhlükəsizliyinin təminatında böyük addım olduğunu vurğuladı.
Müharibən sonrakı dövrdə yaradıla biləcək yeni əməkdaşlıqların müzakirə olunması üçün keçirilən bu görüşdə 10 noyabr sazişində də deyildiyi kimi yeni nəqliyyat dəhlizlərin açılmasının önəmi də diqqətə çatdırıldı. Eyni zamanda Azərbaycan özü BMT-nin qətnamələrini bərpa edərək ərazi bütövlüyünü təmin edib. Beləliklə səhifəni çevirib sülh və inkişaf haqda danışmaq lazımdır. Qlobal əməkdaşlığın belə bir zamanda Azərbaycana yardımı böyük ola bilər. Avropa İttifaqı da bu yöndə böyük rol oynaya bilər. Cənab Prezident həm də bildirdi ki, Avropa İttifaqının gündəliyində cənubi Qafqaz olması bir çox məsələləri həll edəcək və inkişafa gətirib çıxaracaq.
Eyni zamanda Şarl Mişel də bu müttəfiqliyin önəmini vurğuladı. Eyni zamanda Avropa İttifaqının demokratik əsaslara qarşı olan həssalığını vurğulayan Şarl Mişel bu yöndə Azərbaycanın da mövqeyini layiqincə dəyərləndirdi. O eyni zamanda Ermənistanla əsirlər məsələsinin həll olunmasını da müsbət qarşıladı. Mina xəritələrinin vacibliyini də vurğulayan Şarl Mişel növbəti səfərinin Gürcüstan olacağını da bildirdi.
Beləliklə bu gün Azərbaycan qalib dövlət kimi, öz layiq olduğu dəyəri görür. Qaytarılmış torpaqlarla daha da güclənəcək Azərbaycanın artmaqda olan gücünü hesablamaq çətin məsələdir. Mühüm strateji mövqelərin öz sahibində olması o deməkdir ki, həmin mövqelər yanlız indi aktiv ola bilər. Yalnız indi həmin torpaqlar tranzit yolu, metallurgiya, mədəni və buruqların keçdiyi torpaqlar ola bilər. Beləliklə yalnız indi doğma Qarabağ torpağı öz əhalisinə ruzi-bərəkət yağdıracaqdır. Bütün bu nailiyyətlərdə qalib Azərbaycan Ordusuna və onun Ali Baş Komandanına hədsiz dərəcədə minnətdarıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB