İran səfiri Azərbaycan xalqını təbrik edib

İran səfiri Azərbaycan xalqını təbrik edib

İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində qeyd edilib.

“Dost, qardaş Azərbaycan dövlətini və xalqını mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, İslam ölkələrinin daha da çiçəklənməsinin, bütün dünyada sülh və əmin-amanlığın genişlənməsinin şahidi olacağıq. Byramınız mübarək", - təbrikdə vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə