""Şirin-mazaq" olduqları zamanı unuda bilmirlər" - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

""Şirin-mazaq" olduqları zamanı unuda bilmirlər" - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Bu yaxınlarda Əli Kərimli bildirdi ki, o artıq hakimiyyət uğrunda mübarizə aparmır və tərəfdaşlarına da müraciət etdi ki, onlar mövqelərini qətiləşdirsinlər. Bilirsiniz bu nəyə bənzəyir? Pişiyin ağzı ətə çatmayanda ona "murdar" deməsi haqqındakı məşhur kəlama!”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, Əli də, Cəmil də, Arif də siyasətdə bitiblər: “Onlar kimi anti-Azərbaycan fəaliyyət göstərən digər, sənədinə görə sapı özümüzdən olan baltalar da artıq yaxşı anlayırlar ki, indiki iqtidarın, başda ölkə başçısı İlham Əliyevin reytinqi xalq arasında o qədər yüksəkdir ki, onu enmək gücünə malik siyasi fiqur olmaq, sadəcə mümkün deyil: “Bunu həmin buqələmunları maliyyələşdirən xarici qüvvələr, o cümlədən erməni lobbisi də anlayır artıq. Hakimiyyətə gəlmək iddiaları fiaskoya uğrayan, puç olan bu naxələflər, illərdi gecə-gündüz yatmayıb, hakimiyyət həvəsi ilə "şirin-mazaq" olduqları zamanı unuda bilmirlər. Odur ki, bu yolda onların arzularını faktiki millət və dövlət üçün fenomenal fəaliyyəti ilə ürəklərində qoyan indiki iqtidara qarşı həmin qüvvələrdə revanş hissi yaranıb. Əsas hədəf də, təbii ki, genişmiqyaslı fəaliyyəti ilə bu arzuları ürəklərdə boğan ölkənin hamı tərəfindən qəbul olunan lideri İlham Əliyevdir. Bu məqam da çox maraqlıdır”.

T.Novruzov onu da bildirdi ki, 44 günlük tarixi zəfərdən sonra Azərbaycana qarşı, onun yenilməz liderinə qarşı bir ermənilər və ermənipərəst güclər revanş hissi ilə yaşayır, bir də bizim bəzi hakimiyyət istəklərinə özlərini belə satmağa hazır olan adamlar: “İstər-istəməz "düşmənimin düşməni mənim dostumdur" məşhur düsturu işə düşür və revanşistlər birləşərək Azərbaycana qarşı fəaliyyətlərini gücləndirirlər. Azərbaycan dövləti, indiki iqtidar gücləndikcə bu qüvvələrin revanş duyğuları da güclənir. Məncə bu biabırçılıqdan sonra həmin adamlar özləri də, ailələri də bu ölkənin vətəndaşlığından çıxıb ya Ermənistanın, ya da erməni lobbisi güclü olan ölkələrdən birinin vətəndaşlığını qəbul etsələr, heç olmazsa açıq düşmənçilik aparsalar daha çox qazanarlar. Qazancın daha böyük olması üçün qazanın içinə girsələr, daha çox dollar əldə edərlər. Bunu niyə etmirlər, onu anlaya bilmirəm”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə