Prezident İlham Əliyev: “Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə verib”
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin beş ili tamam olur. Azərbaycan Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümünü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Məktubda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur: "Bu gün Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin növbəti ildönümüdür. Bu çevriliş cəhdi Türkiyə dövlətinə qarşı yönəlmiş xain plan idi. Sizin qəhrəmanlığınız və Türkiyə xalqının Sizə olan sevgisi sayəsində qardaş ölkəniz bu çətin sınaqdan daha da güclü çıxmışdır. “Demokratiya və Milli Birlik Günü” xalqınızın öz dövlətçiliyinə və demokratik ənənələrinə sadiqliyinin bariz nümunəsidir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm".
Məktubda o da vurğulanıb ki, Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında həmişə olub və bundan sonra da olacaq: "Türkiyə dövlətinə və xalqına qarşı olan bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olmuşdur. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir. Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar".
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda o da bildirilir ki, bütün məsələlərdə Azərbaycan həmişə Türkiyənin yanındadır: "Biz də bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə hər zaman Azərbaycanla həmrəy olmuş, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə etmişdir.
İyulun 12-də Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törətmişdir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti xəyanətkar aqressiya aktıdır və bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, eyni zamanda, mülki şəxslər həlak olmuş və yaralanmışdır. Azərbaycan Ordusu bu təxribata layiqli cavab vermişdir. Şəhidlərimizin qisası alınmışdır. Onların qanı yerdə qalmamışdır, bundan sonra da qalmayacaqdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edəcəkdir.
Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər".
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə ünvanladığı məktubunda onu da vurğulayıb ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir: "Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminəm ki, birliyimiz və həmrəyliyimiz bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir".
2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi
Çevrilişə cəhdi ilə bağlı TRT-də yayımlanan məlumatda bildirilir ki, çevriliş edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.
Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.
İstanbuldaki Boğaziçi və Fatih Sultan Mehmet köprüsünün jandarma tarafından bağlanılması ilə başlayan vaxda, TBMM başqanı İsmail Kahraman və təxmini 50-yə qədər millətvəkilinin məclistə olduğu vaxd F-16 döyüş təyyarələri məclis üzərində uçuş edərək parlamenti dörd dəfə bombaladı. Ankaranın Beştepe səmptində yerləşən Cumhurbaşkanlığı Sarayına bombalama cəhdi olsada da uğurlu olmamışdır, Muğla'nın Marmaris bölgəsində bir oteldə olan prezident Recep Tayyip Erdoğana qarşı suiqəsdə cəhd olundu. Baş qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandiri Abidin Ünal ve Jandarma Baş komandiri Galip Mendi çevrilişi gerçəkləştirən əsgərlər tərəfindən girov götürüldü.
Hadisələr bağlı olaraq Prezident Recep Tayyip Erdoğan, CNN Türkdə FaceTime vasitəsi ilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırdı. Bununlada ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edildi.
Rəcəb Tayyib Ərdoğan: “15 iyul çevriliş cəhdinin arxasında daha böyük şəbəkə var”
“15 iyul çevriliş cəhdi FETÖ-nun əli ilə həyata keçirilən, arxasında daha böyük şəbəkənin olduğu tariximizin ən böyük xəyanətlərindən biridir”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib və bildirib ki, ölkəmizi diz çökdürmək təşəbbüsləri bu müqəddəs mübarizələrə baxmayaraq sona çatmamışdır: "Yeni hədəf iqtisadiyyatımız idi. Gecəyarı əməliyyatları ilə dəfələrlə hücuma keçdilər. Biz xaricdəki qızıllarımızın hamısını ölkəmizə gətirmək, valyuta ehtiyatlarımızı qüvvətləndirməklə hazırlıqlarımızı qabaqcadan etmişdik. Həmd olsun, bu prosesi ən az zərərlə geridə qoyduq. Əlbəttə, çətinliklər yaşayırıq. Hədəflənən nəticələrlə çətinliklər arasında dağlar qədər fərq var. Gəzi hadisələrində məqsəd nə idisə, iqtisadiyyatımıza hücumların da məqsədi eynidir”.
Ümumi olaraq İstanbuldakı toqquşmalarda 17 hərbçi həlak oldu. 15 iyul hadisələri zamanı 248 nəfər öldürülüb, 2196 nəfər isə yaralanıb.
15 iyul hərbi çevriliş cəhdi Türkiyədə böyük dəyişikliyə səbəb oldu. Hökumət bir sıra ordu qurumlarını, o cümlədən Hərbi Tibbi Akademiyanı, hərbi məktəbləri mülkiləşdirdi. Ordu üzərində siyasi nəzarəti artırdı. Bəli, bu həqiqətən də belədir. Tarix boyu da belə olub - heç kim xalqın iradəsinə qalib gələ bilməz. Xalqın iradəsi ilə formalaşmış istənilən hakimiyyət ölkədəki bütün iradələrin üstündə durur və ona qalib gəlmək hələ indiyədək heç kimə müyəssər olmayıb, bundan sonra da olmayacaq.
Məhz bunun nəticəsi idi ki, Türkiyədə də xain qüvvələr xalqın iradəsinə qalib gələ bilmədilər. Sonda ayağa qalxan xalq öz canını qurban verərək bu çevrilişin qarşını aldı. Daha bir dərs ondan ibarət oldu ki, insanların həyatı ilə oynamaq, insanların həyatı üzərində özünün siyasi, subyektiv maraqlarını qorumaq cəhdi iflasa uğramalıdır və uğradı. Türkiyədə 250 nəfərin ölümünə səbəb olan insanlar bu gün cəzalarını alırlar. Hər bir dövlətin gücü, onun sabitliyinin təməli ilk növbədə xalqın iradəsinə söykənirsə, ikinci tərəfdən, bu iradəni daşıyan hakimiyyətin ölkədə qanunçuluğu yüksək tutumasını, günahı olanların mütləq şəkildə cəzalandırılmasını və günahsız insanların cəzalardan xilas olunmasını ehtiva edir.
Ötən 5 il ərzində Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın gördüyü tədbirlər artıq öz bəhrəsini verir. Bu gün Türkiyədə sözün həqiqi mənasında dövlətçilik möhkəmlənir, daxildə milli barış, milli həmrəylik getdikcə güclənir və bu milli barış, milli həmrəylik üzərində qurulmuş Türkiyə hökuməti həm Türkiyənin özündə, həm bizim bölgəmizdə, həm də dünyada ciddi güc faktoruna çevrilir. Hər kəs bilir ki, 15 iyulda - o müdhiş gecədə Azərbaycanda demək olar heç kim səhərə qədər yatmadı. Azərbaycan dövləti birinci olaraq bu məsələyə münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion rejimini, Türkiyə hakimiyyətini dəstəklədi. Bu hakimiyyətə qarşı xain çevriliş cəhdlərini birmənalı olaraq pislədi, hadisələrin siyasi qiymətini verdi. O qiymət cənab prezidentin bugünkü müraciətində iki dəfə keçir. Ötən müddət ərzində də Azərbaycan dövlət olaraq Türkiyədə ictimai-siyasi sabitliyin bərpa olunması, sağlam qüvvələrin bu xain cəhdlərin axırına çıxması, bu cəhdləri edənlərin cəzalarını alması istiqamətində Türkiyə hökumətinin tələb etdiyi və Türkiyə hökumətinə tələb olunan bütün dəstəyi verib, bütün lazımi yardımları göstərib, bundan sonra da göstərməyə davam edəcək. Çünki Ulu Öndərlərimiz - böyük Atatürkün dediyi kimi bizim sevincimiz də, kədərimiz də birdir. Ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” dahiyanə fikri söz yox, iki qardaş xalqlarımızın taleyinin bir olduğunu, bundan sonra da bir olacağını birmənalı olaraq reallığıdır. Türkiyə xalqı ilə Azərbaycan xalqının birliyi, həmrəyliyi və qardaşlığı daimidir, əbədidir, digər türk-müsəlman xalqları üçün bir nümunədir.
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB