"Qarabağın hansı statusundan danışmaq olar? Bu, Azərbaycanın bir hissəsidir!" Yevgeni Mixaylov

"Qarabağın hansı statusundan danışmaq olar? Bu, Azərbaycanın bir hissəsidir!" Yevgeni Mixaylov

Azərbaycanla Ermənistan arasındakı sərhəddə Ermənistan ordusu tərəfindən təxribatlar getdikcə daha çox baş verir. Eyni zamanda, erməni və ermənipərəst mütəxəssislər hadisələrdə Rusiyanı günahlandıraraq, Ermənistanı ABŞ və Fransanın iştirakı olmadan baş verən Bakı və Moskva ilə danışıqlardan imtina etməyə çağırırlar. Məsələn, bu barədə bir rusiyalı mütəxəssis, ermənipərəst “Realist” agentliyin baş redaktoru Sarkis Tsaturyan yazıb. Onun sözlərinə görə, Qarabağın "müstəqilliyi" ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən tanınana qədər danışıqlar ola bilməz.

Yeri gəlmişkən, Sarkis Tsaturyan, digər Rusiya mütəxəssisləri, məsələn, erməni tərəfinə simpatiya (öz etirafı ilə) hiss edən Maksim Yusin tərəfindən qınandı. Rusiyalı tarixçi və analitik Armen Qasparyan isə Sarqis Tsaturyanın açıqlamalarından birini “cəhənnəm” adlandırdı.

Rusiyalı beynəlxalq münaqişələr üzrə mütəxəssis, “Журналистские расследования” (Jurnalist Araşdırması) Youtube kanalının aparıcısı Yevgeni Mixaylov “Caliber” analitik informasiya mərkəzinin suallarını cavablandırarkən bəzi erməni ekspertlərin səsləndirdikləri bu cür cəfəngiyyatlara münasibət bildirməyin çətin olduğunu qeyd edib: “Rusiya Ermənistanı tamamilə süqutdan qurtardı. İndi sərhəddə təxribatlar edilir, amma Rusiya ittiham olunur?! Bu, normaldır? ABŞ, Fransa və Ermənistanı dəstəkləyən digər ölkələrin iştirakı olmadan danışıqların rədd edilməsinə dair bu cəfəngiyat nədir? Qarabağın hansı statusundan danışmaq olar? Bu, Azərbaycanın bir hissəsidir!"

Yevgeni Mixaylov deyib ki, Ermənistanın bir dövlət olaraq, sadəcə, reallaşmaması tamamilə aydındır: “Yalnız qonşuları ilə sülh şəraitində olan Ermənistanın iqtisadiyyatını bərpa etmək və sərhədlərini açmaq şansı var. Ancaq dünya erməniləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər. Bütün bu təxribatlar, Moskvanı ittiham etmək cəhdləri gülünc görünür, buna əhəmiyyət verməmək lazımdır”.

Eyni zamanda, ekspertin fikrincə, Ermənistanı bütün problemli məsələlərin qəti həllinə məcbur etmək üçün bir dəlil bazası yaratmaq lazımdır: “İrəvan intiqam almağı, provokasiya etməyi, o cümlədən Rusiya hərbçilərini əvəzləməyi düşünməməlidir".

Yeri gəlmişkən, Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın dünya birliyinin Ermənistan tərəfini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına razı olmağa məcbur edəcəyini söyləyən açıqlaması ölkədə fəal şəkildə müzakirə edilir. Ekspert deyir ki, onu Ermənistanda demək olar ki, dinləmirlər: “Levon Ter-Petrosyanın tez-tez düzgün düşüncələri səsləndirdiyini bir neçə dəfə demişəm. Ancaq çox dəstəkçisi yoxdur. Əlbəttə ki, indi dünya birliyi Ermənistanı sülhə məcbur etmək üçün səylərini birləşdirə bilər. Ancaq digər tərəfdən kim məcbur edilməlidir və nə üçün? Orada hətta bir ordu da yoxdur!

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə