“Rusiyanın for-postu olan Ermənistan müstəqil siyasət apara bilmir” POLİTOLOQDAN MARAQLI ŞƏRH
“Ermənistanın baş naziri Nikol Paşinyan seçkidən əvvəl verdiyi müəyyən mesajlarda Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasını, sərhədlərin delimitasiya və demarkasiyasına maraqlı olduğunu göstərirdi, amma həqiqətən də Rusiyaya getdikdən sonra biz gördük ki, artıq Ermənistan siyasətində 180 dərəcə dönüş oldu. Görürük ki, Ermənistan silahlı birləşmələri atəşkəsi mütəmadi pozur, dövlət sərhəddində təxribatlara yol verir və göründüyü kimi, bu proseslərin arxasında Rusiya dayanır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan seçkilərdə qalib gəlsə də göründüyü kimi, müstəqil siyasət apara bilmir, Ermənistan Rusiyanın for-postu olaraq qalır, çünki Ermənistanın nə iqtisadiyyatı, nə də hərbi qüdrəti var.
“İkinci Qarabağ müharibəsindən sonra demək olar ki, Ermənistan bir dövlət şəklində Rusiyanın tamamilə nəzarətinə keçdi və Rusiya istədiyi şəkildə bu ölkə ilə davranır. Məhz 10 noyabr və 11 yanvar razılaşmalarının da Ermənistan tərəfindən yerinə yetirilməməsini, sabotaj edilməsi biz görürük və bu da əlbəttə ki, Rusiyanın regionda geosiyasi maraqlarından irəli gəlir. Paşinyan Moskva səfərindən sonra Kremlin təlimatlarından çıxacaqsa, təbii ki, Rusiya ona daxildə yeni senarilər hazırlaya bilər. Düşünürəm ki, Ermənistan tərəfi Rusiyadan asılı olmasaydı, fərqli bir sistemdə olsaydı 10 noyabr və 11 yanvar razılaşmalarını həyata keçirərdi və Ermənistan inkişafa doğru irəliləyərdi. İstisna etmirəm ki, Paşinyan buna üstünlük verəcəkdir, amma Ermənistanın indiki vəziyyəti, ağır iqtisadi, sosial vəziyyəti və ordusunun tamamilə məhvi Rusiyadan tam asılılığa gətirir və ona görə də Ermənistan hazırda Rusiyanın regionda apardığı siyasətin alətidir. Məhz müharibədən sonra proseslərin bu dərəcədə böhranlı hala gəlməsində Ermənistanın müstəqil siyasətinin olmaması və Rusiyadan asılılığından irəli gəlir”, deyə Məhəmməd Əsədullazadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB