Tarix boyu bir boyu bir çox imperianın marağında olan Əfaqanıstan torpaqları daima talanlara, qırğınlara məruz qalmışdır. Bu əraziyə ilk basqını e.ə. XVII əsrdə hind-ari tayfaları edib. Onlar vahid Əfqan xalqının təşəkkülündə iştirak edir və Qəndəhar əyalətini yaradır. Bu ərazilər e.ə. VI əsr Əhəməni dövlətinin tərkibində olub, VI əsrdə isə Makedoniyalı İskəndər tərəfindən işğal olunur.
Daha sonra Selevkilər, Yunan-Baktriya dövlətlərinin tərkibində olur. Nəhayət eramızın I-V əsrlərin Kuşan imperisanın tərkibində olan Əfqan torpaqları V əsrdə Ağ Hunlar tərəfindən işğal olunur. Daha sonra Sasanilər, Qəznəvilər, Qurilər, Moğollar, Teymurilərin yürüşlərinə məruz qalan ölkə yerlə yeksan olsa da bütün bu imperiaların tərkibində mədəni inkişafa can atıb. Tərkibində olduğu Xotakilər dövləti də Nadir Şah Əfşar tərəfindən yürüşə məruz qalıb. Daha sonralar Barakyaz Sülaləsinin tərkibində sabit dövr keçsələr də çox keçmədən İngilislərin hücumlarına məruz qalırlar. 3 İngilis-Əfqan müharibəsində öz azadlığı üçün son nəfəsinə kimi vuruşan əfqanlar sonunda ona çatır. Beləliklə, heç vaxt 100 ildən çox sülh görməyən bu başı bəlalı ölkə daima hücumlara məruz qalır.
II Dünya müharibəsi başlayan kimi öz bitərəfliyini elan edən ölkədə 50-ci illərdə İngiltərə və ABŞ-ın kapitalı sayəsində iqtisadi canlanma baş verir. 1964-cü ildə konstitusiyasını qəbul edən ölkə siyasi partiyalar yaradır, qadınlar da daxil olmaqla qapalı səsvermə təşkil edir. Daha sonra hakimiyyətə gələn Əfqanıstan Xalq Demokratik Partiyası sosialist siyasət yürüdür. Nəhayət 1973-cü ildə M.Davudun başçılığı ilə ordu çevrilişi olur, və demokratik əsaslar bərpa olunur. Lakin əfqan sosialistlər 1978-ci ildə yenidən çevriliş edir, M.Davud öldürülür. Tamamilə SSRİ nümunəsində idarə olunan ölkə bütün addımları siyasi rifah uğruna hesablayır. Daha sonra ölkə lideri H.Əmin kifayət qədər SSRİ yönümlü olmadığı üçün 1979-cu ildə SSRİ qoşunları ölkəyə daxil olur. Bununla da Əfqan xalqının bəlaları başlayır.
Yerli zadəgan, kapitalist, demokrat və müxalifət sosialist iqtidara qarşı çıxır. ABŞ isə dünyanın hər yerində olduğu kimi burada da sosializmə qarşı mübarizə üçün müxalifəti silahlandırır. Çox keçmədən mücahidlər ortaya çıxır və ölkəni çaxnaşma bürüyür. Məğlub SSRİ ölkədən çıxsa da mücahidlər silahı yerə qoymur. Bu dəfə də BMT-nin sülh planına görə Nəcibulla hakimiyyətdən uzaqlaşdırılır. Bir neçə il sonra onu öldürsələr də vəziyyət sabitləşmir. Mücahidlər irəliləyərək Kabili tuturlar. Şəhərin digər yarısı uğrunda Şah Məsud, İslam partiyası lideri Gülbəddin Hikmətyarla müharibə aparsa da sülhə məcbur olur. 1992-ci ildə Əfqanıstan İslam Respublikası yaransa da Hikmətyar hakimiyyəti tələb edir. Yenidən müharibə başlayır və 1995-ci ildə İslamçı Taliban hərəkatı meydana gəlir. Taliblər (tələbələr mənasını verir) islamın saflığı uğrunda mübarizə aparır, çox keçmədən Pakistandan dəstək alaraq Kabili tutur. Ölkə əmirlik elan edilir, Məhəmməd Ömər Axundzadə 1999-cu ildə bütün ölkəni idarə edir.
11 sentyabr aktlarını əsas gətirən ABŞ ölkəyə qoşun yeridir. Talibanla sonlanmayan münaqişlərə başlayır. Ölkə terror yuvasına çevrilir. Dinc əhali köç etməyə məcbur olur. 2020-ci ilin fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad edilməlidir. Bu sazişin sülhə gətirib çıxaracağı düşünülsə də sabitlik çox çəkmir. Bölgədə sabitlik yaradan və aeroportu müdafiə edən Türkiyə tərəfinə də qıcıqlar yaranır, digər terror qruplaşmaları da Kabildə hər gün partlayış, terror, qətl törədirlər.
Bütün bunlara baxdıqda anlamaq olur ki, Əfqanıstanda sonuncu terrorçu öldürməyənədək sabitlik bərpa olunmayacaq. Amerika, Türkiyə kimi sabitlik tərəfdarı ölkələr isə seperat müharibədə itirəcəklərini nəzərə alaraq münaqişədən çəkilir. Məhz Amerikanın bu barədə təcrübəsi genişdir. Belə görünür ki, Əfqan xalqının talehi öz əllərindədir. Onlar bu gün ya öz ölkələrində terrorla üz-üzə yaşamalı ya da digər əfqanlar kimi ölkəni tərk etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB