Yaxud, bu dəfə də onu danışdıran Soros və onun dollarlarıdır
Son vaxtlar milyarder, “Açıq Cəmiyyət İnstitutu”nun idarəedicisi Corc Sorosun dəstəklədiyi demokratlar ABŞ-da hakimiyyətə gəldikdən sonra maraqlı və diqqətçəkən hadisələr cərəyan etməyə başlayıb. Misal üçün, sorosçular şəbəkəsinin Azərbaycandakı ən parlaq nümayəndələrindən olan Mehman Əliyev yamanca fəallaşıb. Belə ki, bizə sızan dəqiq informasiyalara görə o, ilk olaraq sahibindən xüsusi tapşırıqlar alıb, ikincisi, həmin tapşırıqların icrası müqabilində ona kifayət qədər maddi vəsaitlər vəd edilib. Təkcə son vaxtlar M.Əliyevin əldə etdiyi vəsaitlərdən ora-bura paylayaraq yenidən media məkanını özünün sözdə psevdo-patriotluğu ilə “bəzəməsinə” diqqət etmək kifayət edər.
Məsələn, o, ilk əvvəl öz çıxışları ilə fəallaşıb və onun fəallaşmasının səbəblərini araşdırmadan məkanlarına buraxan bəzi media qurumları da var. Burada isə təəssüf etmək qalır. Ona görə ki, özlərini “aparıcı media qurumları” kimi təqdim edən (bəlli) müəyyən media təsusatları Sorosun vəsaitlərindən bəhrələnən M.Əliyevdən öz dollar bəhrələrini almaqda maraqlıdırlar. Yoxsa ki, M.Əliyevin qara gözünə və qaşına vurulmayıblar ki (?!)
Əgər Azərbaycanda söz və ifadə azadlığı pozulursa, onda bu adam həmin müsahibəsini harada verib, bunkerdəmi? Zirzəmidəmi? Heç kimin görə-eşidə bilməyəcəyi yerlərdəmi?
Bugünlərdə verdiyi geniş müsahibəsində əsassız fikirləri ilə gündəmi zəbt etməyə çalışan M.Əliyevin fikir dəyişkənlikləri də diqqət cəlb etdi. O, bir tərəfdən hakimiyyətin üzərinə gedərək faktlara əsaslanmayan ittihamlar yağdırdı, sonradan isə səhvə yol verdiyini anlayaraq dərhal sözlərinə çəki-düzən verdi.
Bəs özünü “milli medianın və siyasətin dahi bilicisi” qismində təqdim edən və “turançılıq” adı altında gizlənərək Sorosa xidmət göstərən bu “xadim” sözügedən müsahibəsində nə sərsəmləyib?
Elə ondan başlayaq ki, Mehman Əliyev son 20 ildə Azərbaycanda söz azadlığının vəziyyətinin davamlı şəkildə pisləşdiyini deyib. Maraqlı və düşündürücüdür ki, əcəba, əgər Azərbaycanda söz və ifadə azadlığı pozulursa, onda bu adam həmin müsahibəsini harada verib, bunkerdəmi? Zirzəmidəmi? Heç kimin görə-eşidə bilməyəcəyi yerlərdəmi? Ümumiyyətlə, verdiyi müsahibəsi zamanı onun arxasında dayanıb başına qapaz vuran olubmu? Beləliklə, özü də dediyinə görə, rəhbərlik etdiyi informasiya agentliyi (“Turan”) “söz azadlığı olmayan” ölkədə bu kimi fikirlərini necə səsləndirə bilir? Bəyəm belə sərsəm fikirlərin irəli sürülməsinə şəraitin yaradılmasının özü söz azadlığının mövcudluğunun sübutu deyilmi?
Mehman Əliyevi “narahat” edən nədir?
M.Əliyev sonrakı çıxışında bir neçə dəfə Əli Həsənovu mətbuatı məhv etməkdə suçlayıb. Maraqlı fakt isə budur ki, Mehman Əliyev və Əli Həsənov “MQU”nu eyni ildə, yəni 1988-ci ildə bitiriblər (?!) Deməli, bunlar bir-birini çoxdan tanıyırmışlar və onun agentliyini yaranmasında və inkişafında məhz Əli Həsənov kömək edib. Bəs indi nə baş verdi əcəba...?

Mehman Əliyev iddia edir ki, yeni qanun layihəsini görmək istəyir. Görəsən, o, həmin qanunu özü üçün görmək istəyir, yoxsa onu maliyyələşdirən Soros bu qanunu Azərbaycan növbəti hücumları başlamaq üçün əldə etmək istəyir? Mehman Əliyevi “narahat” edən nədir? Qorxur ki, onun bazarı bağlanar? Birdən Soros başqa nökər tapar Azərbaycanda?
Onun sözündən belə çıxır ki, Soros olmasaydı, Azərbaycanda, ümumiyyətlə, mətbuat olmazdı


Sorosa gəldikcə isə...
Mehman Əliyev Sorosa olan sevgisini heç indi də gizlətmir. Bir neçə gün əvvəl yaydığı bəyanatda milyarder ağasına əsl bəytərifi verir. Özü də bu, ilk dəfə deyil. 2019-cu ilin yanvar ayında da o özünün Sorosa olan sevgisini daha genış izhar etmişdi.
Linklər aşağıda:
https://storage.googleapis.com/qurium/azadliq.info/244917.html
https://www.turan.az/ext/news/2019/1/free/Want_to_Say/en/77806.htm
“Böhtan, şərəf və ləyaqət” adlı sorosnamədə Mehman Əliyev Sorosdan aldığı vəsaitləri böyük fəxr hissi ilə qeyd edir və onun sözündən belə çıxır ki, Soros olmasaydı, Azərbaycanda, ümumiyyətlə, mətbuat olmazdı. Soros haqqında “möhtəşəm” fikirlərini isə belə bir ifadə ilə bitirir: “ ... Sorosun təşviq etdiyi “Açıq cəmiyyət” ideyasını inqilabi ideya saymaq xəstə təxəyyülün məhsuludur”.
Deməli, bütün dünya, hətta Sorosun öz vətəni olan Macarıstanda onu “rəngli inqilabların” mühəndisi hesab edirlər, amma Mehman Əliyev isə Viktor Orbanla razılaşmır. O ki qaldı Mehman Əliyevin Sorosdan aldığı pullara. bu haqda əvvəllər də, indi də ətraflı yazılır:
https://www.aznews.az/news/editorsdesk/203855.html
http://ikisahil.az/post/135301-mehbes-esl-senin-yerindir-mehman-eliyev
Bir tərəfdən erməniləri xəstə xalq adlandıran Mehman Əliyev, digər tərəfdən Ermənistanın demokratiya sahəsində Azərbaycanı üstələdiyini iddia edir – sual: xəstə xalq demokratiya qura bilər?

Amma bununla ziddiyyətləri bitmir. Məsələn, ermənilərdən danışanda Mehman Əliyev qəflətən bəyan edir ki, sitat: “Erməni xalqı xəstə xalqdır...”.
Əlbəttə ki, bu fikirlə biz mübahisə etməyəcəyik. Lakin bunu o adam deyir ki, əvvəllər tamamilə fərqli sözlərini bəyan etmişdi ki, sitat: “... Ermənistan demokratiya sahəsində Azərbaycanı üstələyir” (?!)
http://yeniazerbaycan.com/Muellifler_e750_az.html
Necə deyərlər, nə oldu Mehman Əliyev?! Bəs hara getdi təriflədiyin demokratiya?! Məgər xəstə xalq demokratiya qura bilər?! “Son dərəcə məzmunlu” çıxışının sonunda isə Mehman Əliyev fürsət taparaq öz amerikalı daydaylarını müdafiə etməyi də unutmayıb. Sual veriləndə ki, bəs üç ölkənin səfirləri niyə Şuşaya getmədilər, Mehman Əliyev bəyan etdi ki, “ABŞ həmişə Azərbaycanın yanında olub”. Nə az, nə çox. Elə bir biz bilmirik ki, ABŞ daim ermənilər tərəfdə olub, xüsusən də, demokratlar hakimiyyətdə olan dövrlərdə...
Nə isə, deyəsən, Mehman Əliyevin “yaşıl barıtı çox düşüb”, indi özünü doğrultmaq üçün düşüb ortaya. Amma belə gedişatla, özünü yandıra da bilər. Hətta, artıq yandırıb da..!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB